Qadın basketbol yığmamız Tailandda ikinci olub
Tailandda qadınlar arasında 3x3 basketbolu üzrə və Azərbaycan yiqmasinin da iştirak etdiyi beynəlxalq turnirə yekun vurulub. Qeyd edək ki, heyəti Dina Ulyanova Tatyana Deniskina, Aleksandra Mollenxauer və Mersedes Uolkerden ibarət olan Azərbaycan yığması çıxışını ikinci yerdə bitirib.
Qeyd edək ki, qrupda keçirdiyi üç oyundan birini qələbə ilə başa vuraraq, 1/8 finala yüksələn Azərbaycan komandası burada Filippinin "Krantrks Drim" klubunu (21:17), ardından yerli "Sriraca İql" komandasını (21:11) üstələyərək 1/2 finala qalxib. Komandamız yarımfinalda isə Polşa təmsilçisi "Lotto" ilə qarşılaşıb. Rəqibini minimal hesabla (17:16) üstələyən komandamız qrupdakı məğlubiyyətin əvəzini çıxmaqla yanaşı, həm də finala yüksəlib.
Di gəl ki, yiqmamız həlledici finalda Almaniya təmsilçisi "Zus"la bacarmayıb (15:17) və nəticədə çıxışını ikinci pillədə başa vurub.
Yeri gəlmişkən, Tailand turniri 12-14 apreldə Honkonqda keçiriləcək Olimpiya təsnifatli turnirə hazırlıq xarakteri daşıyıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.