"Bülbülün qonaqları" rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub
Bülbülün Memorial Muzeyində "Bülbülün qonaqları" rubrikası çərçivəsində görkəmli yazıçı, şair-publisist, tarixi roman janrının banisi Məmməd Səid Ordubadiyə həsr olunmuş tədbir keçirilib
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova vaxtilə qonşu olan bu iki dahi şəxsiyyətin həm dostluq münasibətindən, həm də yaradıcılıq əməkdaşlığından söhbət açıb.
Tədbirdə Ordubadinin libretto müəllifi olduğu Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Nigarın ariyası, Həsən xanın ariyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fatimə Cəfərzadə və Taleh Yəhyayev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri Səmədzadə Xasıyev, Mehriban Zalıyeva musiqisi Səid Rüstəmova məxsus olan "Beş manatlıq gəlin" operettasından çıxışlar ediblər.
Tədbirdə, həmçinin AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdi Sevil Abdullayeva musiqisi Fikrət Əmirova, sözləri Məmməd Səid Ordubadiyə məxsus "Gülərəm gülsən" romansını ifa edib.
Sonda "Koroğlu" operasından video təqdim olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.