Cüdoçuların Antalya Dəbilqəsi davam edir
Daha üç təmsilçimiz tatamiyə çıxıb
Dünən Antalyada (Türkiyə) kişi və qadın cüdoçular arasında startı verilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi reytinq xarakterli Böyük Dəbilqə turniri davam edir. Qeyd edək ki, ilk günü yiqmamizin üzvləri üçün uğursuz olan turnirin bu günə təsadüf edən ikinci günü daha üç təmsilçimiz medallar uğrunda mübarizəyə başlayıb. Bu üçlükdə isə Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq) və Ömər Rəcəbli (81 kq) yer alıb.
Üçlüyümüzdən Məmmədəliyev ilk görüşünü bolqarıstanlı Marka Xristovu məğlub edib.
Yeri gəlmişkən, turnirin reqlamentinə görə hər çəkidə ilk üç yeri tutan cüdoçu müvafiq olaraq, 1000, 700 və 500 reytinq xalı qazanmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.