Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
Ölkə çempionu "Sabah" yarımfinala yüksələ bilməyib
Kişi basketbol klublarının mubarizə apardığı Azərbaycan Kuboku turnirində qrup oyunları başa çatıb və bununla da turnirin yarımfinalçıları müəyyənləşib. Sayca 5-cu olan qrup oyunları çərçivəsində aşağıdakı oyunlar keçirilib:
A qrupunda:
"Neftçi" - "Xəzri" - 80:67;
"Xırdalan" - "Sumqay" - 89:83.
B qrupunda:
"Gəncə" - "Şəki" - 85:78;
"Sabah" - "NTD-İndiqo" - 85:89.
Nə qədər təəccüblü də olsa ölkə çempionu adını daşıyan "Sabah" klubu qrup mərhələsini keçə bilməyib.
Qeyd edək ki, reqlamentə görə 10 klub iki qrupda (A və B) dairəvi sistem üzrə mübarizə aparıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksəlib. A qrupundan "Neftçi" (8 xal) və "Xəzri" (7 xal), B qrupundansa "NTD-İndiqo" (8 xal) ilə "Sərhədçi" (7 xal) bu hüquqa yiyələnib.
Turnirdə yarımfinal oyunları aprelin 17-də "Sərhədçi" idman arenasında baş tutacaq.
Saat 16:00-da "NTD-İndiqo" - "Xəzri", saat 19:00-da isə "Neftçi" - "Sərhədçi" qarşılaşması olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.