Azərbaycanı Bakı -2024 güləş turnirində kimlər təmsil edəcək?
Aprelin 5-dən 7-dək paytaxt Bakıdaki Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifatli turnir keçiriləcək. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan bu turnirdə ev sahibi Azərbaycan da daxil olmaqla 33 ölkədən ümumilkdə 297 (Yunan-Roma - 117, qadın güləşi - 83, sərbəst güləş - 97 nəfər) idmançı mübarizə aparacaq. Reqlamentə görə hər çəkidə ilk iki yeri tutan (finalçılar) güləşçilər bu ilin yayında Parisdə (Fransa) keçiriləcək Olimpiada-2024-də iştirak etmək hüququ qazanmış olacaq.
Ev sahibi olan Azərbaycan bu turnirdə 14 (Yunan-Roma - 4, qadın güləşi - 5, sərbəst güləş - 5) güləşçi ilə təmsil olunacaq.
Sözügedən turnirdə iştirak edəcək Azərbaycan komandasının heyəti belədir:
Yunan-Roma: Son Avropa çempionu Nihad Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq);
Qadın güləşi: 11 qat Avropa çempionu Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Eliş Manolova (68 kq);
Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), üçqat dünya çempionu Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvidişvili (125 kq).
Hazırda yığmalarımız sözügedən turnirə don hazırlıq prosesini davam etdirirlə
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.