"Böyük İpək Yolu"nda qadınların yarışı başa çatıb
Qadın boksçularımız yarısı 9 medalla bitiriblər
Martın 24-də Bakıda kişi və qadın boksçular arasında startı verilən və ev sahibi Azərbaycan da daxil olmaqla 11 ölkəni (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qirqizistan, Tacikistan, Pakistan, Macarıstan, Rusiya, Polşa, İran və İtaliya) təmsil edən 121 dəri əlcək ustasının qatildiqi "Böyük İpək Yolu" turniri başa çatmaq üzrədir. Qeyd edək ki, Azərbaycanın 34 kişi və 9 qadın boksçu ilə təmsil olunduğu bu turnirdə kişilər 13, qadınlarsa 5 çəki dərəcəsində rinq döyüşünə çıxıblar.
Bu gün zərif cinsdən olan boksçuların yarısına həlledici final döyüşləri ilə yekun vurulub.
Qadın boksçularımız turniri ikisi qızıl, üçü gümüş və dördü bürünc əyarlı olmaqla 9 medalla başa vurublar.
Yiqmamizin üzvlərindən qızıl medalları Marena Savrıyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) qazanıb. Gümüş medallara yalnız həlledici finalda büdrəyən Mahirə Məmmədova (48 kq), Günel Rəhimova (50 kq) və Lalə Namazlı (63 kq) sahib olub.
Çıxışını üçüncü yerdə başa vuran Anaxanım İsmayılova (50 kq), Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva (60 kq) və Aysu Dərvişova (60 kq) isə turnirin bürünc medalına layiq görülüb.
Bu gün eyni zamanda kişi boksçular arasında isə yarımfinal döyüşlərinə yekun vurulub. Sabah həlledici final döyüşləri keçiriləcək və bununla da boksçuların beş günlük Bakı turniri bitəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.