"Murov Az Terminal" lideri məğlub edib
Bu gün kişi voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında daha iki oyun keçirilib. Günün mərkəzi oyunu yarış cədvəlinə şəriksiz liderlik edən "Azərreyl" ilə onun ən yaxın təqibçisi olan"Murov Az Terminal" arasında olub. Bakı Voleybol Mərkəzində baş tutan bu görüşdə gözlənilməz nəticə qeydə alınıb. Belə ki, qarşılaşma "Murov"un quru hesablı qələbəsi ilə başa çatıb - 0:3 (22:25, 22:25, 22:25). Bu qələbə sayəsində "Murov" liderlə arasında olan xal fərqini bir qədər azaldıb.
Günün eyni məkanda keçirilən digər matçında isə MOİK-lə "Neftçi" üzləşib. Həmin oyunda isə "Neftçi" rəqibini setsiz və xalsız qoyub.
Yarış cədvəlində vəziyyət belədir:
Azərreyl - 41 xal, Murov - 34, Neftçi - 25, Xarı Bülbül Şuşa - 16, Xarı Bülbül Laçın - 4, MOİK - 0.
Qeyd: "Xarı Bülbül" klubları maliyyə çətinliyi üzündən çempionatda mübarizəni dayandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.