Tbilisi Dəbilqəsinin don günü 4 təmsilçimiz tatamiyə çıxacaq
Martın 22-də Tbilisidə (Gürcüstan) kişi və qadın cüdoçular arasında startı verilən və Azərbaycan təmsilçilərinin (11 kişi və 4 qadin) də qatıldığı reytinq xarakterli turnirə martın 24-də yekun vurulacaq. Qeyd edək ki, 96 ölkəni təmsil edən və 670 (377 kişi və 293 qadın) tatami ustasının mübarizə apardığı turnirin bu günə təsadüf edən üçüncü günü daha dörd təmsilçimiz tatamiyə çıxaraq, medallar uğrunda güləşəcək.
Bu dördlükdə isə Vüqar Bayramov, Elcan Hacıyev ( hər ikisi 90 kq), Uşanqi Kokuari və Camal Qamzatxanov (hər ikisi +100 kq) yer alıb.
Xatırladaq ki, turnirin ilk günü cüdoçularımızdan Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
Yeri gəlmişkən, reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan cüdoçu müvafiq olaraq aktivinə 1000, 700 və 500 reytinq xalı yazdiracaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.