Novruz bayramı münasibəti ilə “Bahar-yaşıl təbiətli dünya” adlı musiqili tamaşa
18.03.2024-cü il tarixdə saat 18:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında YAP Xətai rayon Təşlilatının və “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Bahar-yaşıl təbiətli dünya” adlı musiqili tamaşa keçirildi.
Qeyd edək ki, musiqili tamaşada Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, II Qarabağ müharibəsi Şəhid, qazi ailələrin övladları dəvət olunmuşdu.
Tamaşada “Təbəssüm” rəqs qrupunun üzvləri rəngarəng geyimlərdə Azərbaycan ərazisində yaşayan az saylı xalqların, etnik qrupların, eyni zamanda uşaqların sevimli cizgi film personajlarının rəqslərini nümayiş etdirib, mahnılar ifa etdilər. Həmçinin bayram şənliyində “Aktyor sənəti” dərnəyinin üzvləri Novruz bayramının əsas personajları olan kosa, keçəl, Bahar qızı və eyni zamanda sevimli nağıl qəhrəmanlarını canlandırıblar.Teatrlaşdırılmış səhnəcik dostluq, xeyirxahlıq, qarşılıqlı kömək və xeyirin şərə qalib gəlməsi üzərində qurulub.
Tamaşanın keçirilməsində məqsəd Novruz bayramının özünəməxsus adət-ənənələrini yaşatmaq, yeni nəslə ötürmək və dərnək üzvlərinin asudə vaxtının səmərəli təşkil olunmasından ibarət olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.