“Leyli və Məcnun” tamaşası nümayiş olunacaq
6 aprel saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq.
Tamaşa dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanıb.
Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış edəcək.
Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Onun tərəf-müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimovadır.
Səhnə əsərində teatrın sevilən aktyorları, xor və balet heyətinin üzvləri iştirak edirlər.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
Kollektiv sifarişlər də qəbul olunur. Ətralı məlumat əldə etmək istəyənlər sosial şəbəkə hesablarımıza da yaza bilərlər.
Video telegram kanalımızda: https://t.me/azpressinfo/9137
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.