Azərbaycan Tbilisi Dəbilqəsinə 15 cüdoçuyla qatılacaq
Martın 22-dən 24-dək Gürcüstanın paytaxtı Tbilisidə cudocular arasında reytinq xarakterli növbəti "Böyük Dəbilqə" turniri keçiriləcək. Üç gün davam edəcək bu turnirdə Azərbaycan da daxil olmaqla 83 ölkəni təmsil edən 552 (308 kişi, 244 qadın) tatami ustası medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan bu turnirə dördü qadın olmaqla 15 idmançı ilə qatılacaq.
Kişilər arasında cudocularimizdan Balabəy Aqayev, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Elkiyev (hər ikisi 66 kq), İbrahim Əliyev (74 kq), Məhərrəm İmamverdiyev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev ( hər ikisi 90 kq), Uşanqi Kokuari, Camal Qamzatxanov ( hər ikisi +100 kq), qadınlar arasında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədeliyeva (52 kq), Aceliya Toprak və Fidan Əlizadə ( hər ikisi 57 kq) çıxış edəcək.
Reqlamentə görə, hər çəki dərəcəsində ilk üç yeri tutan cüdoçu müvafiq olaraq aktivinə 1000, 700 və 500 reytinq xalı yazdırmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.