Balaca üzgüçülərin "Parlaq ulduz" liqasının birinci mərhələsi keçirilib
16-17 mart günlərində Şağan Olimpiya İdman Kompleksində azyaşlı uşaqlar arasında üzgüçülük üzrə "Parlaq ulduz" liqasının birinci mərhələsi keçirilib. Gənclər İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının və Bakı şəhər Gənclər İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən bu mərhələdə 16 komandanı təmsil edən 200-dən çox idmançı mübarizə aparıb. Liqanın ikinci mərhələsi apreldə "Sərhədçi" Olimpiya İdman Kompleksində, üçüncü - son final mərhələsi isə may ayında Bakı Su İdmanı Sarayında təşkil ediləcək. Final mərhələsinin qalibləri medallar və diplomlarla təltif ediləcəklər.
Yarısı müxtəlif yaş qrupları üzrə yığma komandaların məşqçiləri izləyib.
Bu arada əsas yığmanin baş məşqçisi Rəşad Əbdürəhmanov yarışla bağlı açıqlama verib: "Əsas məqsəd azyaşlı uşaqlar arasında prespektivli üzgüçüləri aşkar etmək və onları daim məşqçilərin nəzarəti altında saxlamaqdır. Onlar yüksək səviyyəli məşqlər keçərək milli komandanın ehtiyat hissəsinə cəlb ediləcəklər".
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.