“Naxışlı Novruz” adlı konsert proqramı keçirildi
15 mart 2024-cü il tarixində Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində ənənəvi Novruz konserti ilə çıxış edib. Milli adət-ənənələrin zəngin olduğu Novruz bütün uşaqların sevimli bayramıdır. Proqram xalq və bəstəkar mahnı, rəqsləri ilə olduqca zəngin idi. Xüsusiylə balaca balaların ifasında bayram əhval-ruhiyyəli ifalar üstünlük təşkil edib. “Musiqili Uşaq Teatrı”nın səhnəcikləri Novruzun ən maraqlı adətlərini, personajlarını – qapı pusmaq, papaq atmaq, çərşəmbələr, Bahar qız, Göyçək Fatma, Cırtdan – özündə cəmləşdirmişdir.
Proqramda Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı, “Musiqili Uşaq Teatrı”, oğlan və qızlardan ibarət rəqs ansamblı olduqca peşəkar, rəngarəng çıxışları ilə zalda əyləşən tamaşaçıların marağına səbəb olub. Səhnədə balaca ulduzlarının performansları tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.
Proqramın sonu xalqımızın güc və birliyini, mübarizliyini əks etdirən ən qədim rəqslərdən biri olan “Yallı” rəqsinin sədaları altında bütün iştirakçıların səhnəyə çıxması ilə tamamlanıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.