Gənc klassiklərimiz Qazaxıstanda 10 medal qazanıblar
Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında keçirilən və Azərbaycan güləşçilərinin də qatıldığı Jaksılık Uşkempirov beynəlxalq turniri başa çatıb. AGF-dan verilən məlumata görə, 10 ölkənin təmsil olunduğu yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən U-20 millimizin 10 üzvü uğurla çıxış edərək fəxri kürsüyə qalxıb.
Bütün görüşlərini qələbə ilə bitirən Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq) və Davud Məmmədov (77 kq) çempion olub. Yalnız həlledici finalda büdrəyən İsmayıl Rzayevlə (82 kq) Əli Quliyev (87 kq) gümüş medalla kifayətlənib. Çıxışını 3-cü yerdə başa vuruan Hüseyn Savadov (55 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medala layiq görülüb.
Beləliklə, komandamız turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medalla başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.