"Azəreyl" "Gəncə"ni quru hesabla məğlub edərək mövqeyini daha da möhkəmləndirib
Bu gün qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Lliqasında 17-ci tur çərçivəsində iki oyun keçirilib. Bakı Voleybol Mərkəzində baş tutan bu oyunlarda ilk olaraq "Milli Aviasiya Akademiyası" ilə "Murov Az Terminal" qarşılaşıb. Gərgin oyun ikincinin qələbəsi ilə bitib - 2:3 (25:22, 16:25, 25:19, 15:25, 12:15),
Bunun ardından eyni məkanda çempionatın vahid lideri olan "Azərreyl" "Gəncə" klubunu sınağa çəkib. Qarşılaşma liderin quru hesblı qələbəsi ilə başa çatıb - 3:0 (25:22, 25:22, 25:19). Bu qələbədən sonra "Azərreyl" yaxın izləyicisi ilə xal fərqini bir qədər də artırmaqla liderlik mövqeyini daha da möhkəmləndirib.
Komandaların vəziyyəti belədir: Аzərreyl – 42 xal, Мurov Az Terminal – 37, Аbşeron – 33, Gəncə – 24, MAA – 14, UNEC – 0.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.