Dörd güləşçimiz dünya reytinqində birincidir
Dünya Güləş Birliyi (UWW) idman güləşinin hər üç növü üzrə yeni reytinq cədvəlini açıqlayıb. Yeni cədvəldə klassiklərimizdən beşi öz çəkisinin lideridir. Ümumilikdə isə 12 güləşçimiz Top-5-də yer alıb. Ən yaxşı göstərici yunan-Romaçılarımıza məxsusdur. Beləki klassiklərimizdən dördü - Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) öz çəkisinin lideridir. 63 kq-da güləşən Murad Məmmədov cüdvəldə ikinci. Ülvi Qənizadə (72 kq) ilə İslam Abbasov (87 kq) isə ilk dördlüyü tamamlayır.
Sərbəst güləşçilərə gəlincə, bu növdə Olimpiada-2024-ə lisenziya qazanan Maqomedxan Maqomedov (97 kq) öz çəkisində 2-ci, Turan Bayramovla (74 kq) Osman Nurmaqomedov (92 kq) ilk üçlüyü tamamlayır. Orxan Abasovsa (79 kq) dördüncü yerdədir.
Təəssüflər olsun ki, qadın yığmamızın yalnız bir üzvü - Alena Kolesnik (59 kq) Top-5-i tamamlayıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.