Boksçularımız lisenziya turnirinin 1\4 finalında ABŞ və Qazaxıstan təmsilçisiylə vuruşacaqlar
İtaliyanın Busto Arsizio şəhərində kişi və qadın boksçular arasında keçirilən Dünya Olimpiya Təsnifatlı ilk beynəlxalq turnir artıq ekvador xəttini keçərək finişə yaxınlaşır. Qeyd edək ki, Azərbaycan boksçularının da iştirak etdiyi turnirdə 1\8 final mərhələnin döyüşlərinə yekun vurulub. Bu gün isə turnirdə 1\4 finalın döyüşləri keçiriləcək.
Xəbər verildiyi kimi, bu mərhələdə Azərbaycan yığmasının iki üzvü rinq döyüşünə çıxacaq. Qeyd edək ki, 1\8-də erməni boksçularını məğlub edərək 1\4-ə yüksələn boksçularımızdan Nicat Hüseynov (51 kq) yarımfinala adlamaq üçün ABŞ təmsilçisi Rosko Xilli, Sərxan Əliyevsə (71 kq) qazaxıstanlı Aslanbek Şimberqenovu məğlub etməyə çalışacaq.
Reqlamentə uyğun olaraq, boksçularımız bu mərhələni də keçəcəyi halda Olimpiada-2024-ə lisenziya qazanmış olacaqlar.
Qeyd: Reqlamentə görə, 57 kq (kişilər) və 60 kq (qadınlar) istisna olmaqla, bütün çəkilərdə ilk 4 yeri tutan boksçular bu ilin yayında Parisdə (Fransa) keçiriləcək Olimpiada-2024-ə lisenziya qazanacaq. 57 kq-da ilk üçlük, 60 kq-da isə yalnız finalçılar lisenziyaya sahib olacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.