Boksçumuz Zidan Hümbətov Montoneqroda "Adriatik incisi"nin qalibi olub
Montoneqronun Budve şəhərində gənc boksçular arasında keçirilən və Azərbaycan boksçularının da rinq döyüşünə çıxdığı ənənəvi "Adriatik incisi" beynəlxalq turnirə bu gün həlledici final döyüşləri ilə yekun vurulub. Dünya Kuboku statuslu bu turnirin final döyüşlərində iki boksçumuz iştirak edib ki, onlardan da biri turnirin qalibi adını qazanıb. Söhbət 51 kq çəki dərəcəsində çıxış edən Zidan Hümbətovdan gedir. O, həlledici final qarşılaşmasında Rusiya təmsilçisi Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.
Təəssüflər olsun ki, digər finalçımız - Bilalhəbəşi Nəzərov (48 kq) isə finalda Tamta Briyeşlə (Hindistan) qarşılaşmada 2:3 (28:29, 27:30, 28:29, 29:28, 29:28) hesablı məğlubiyyətlə üzləşib.
Bununla da 22 ölkəni təmsil edən 245 boksçunun iştirakı ilə keçirilən turniri Azərbaycan komandası 2 (1-1-0) medalla başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.