Üç boksçumuzdan ikisi lisenziya turnirində erməni rəqibini udaraq 1\4-ə yüksəlib
Triomuzdan Ümid Rüstəmovsa ümidləri puça çıxarıb
İtaliyanın Busto Arsizio şəhərində boks üzrə keçirilən və Azərbaycan boksçularının da qatıldığı Dünya Olimpiya Təsnifatlı turnir yavaş-yavaş sona yaxınlaşır. Dünən turnirdə 1\8 final mərhələnin döyüşləri keçirilib və bununla da 1\4 finalçılar müəyyənləşib.
Qeyd edək ki, bu mərhələdə üç boksçumuz rinqə çıxıb. Onlardan isə ikisi - Nicat Hüseynov (51 kq) və Sərxan Əliyev (71 kq) bu mərhələni də uğurla başa vuraraq, adlarını 1\4 finala yazdırıblar. Maraqlıdır ki, mərhələ aşan hər iki təmsilçimiz rinqdə erməni boksçusunu məğlub edib. Hüseynov erməni Rudolf Qarboyanı 5:0, Əliyevsə Qurqen Madoyanı 3:2 hesabla üstələyib. Bu cütlüyümüz 1\4 finalı da uğurla keçəcəyi təqdirdə yarımfinala yüksəlməklə, Paris (Fransa) Olimpiadası-2024-ə lisenziya qazanmış olacaq.
Təəssüflər olsun ki, trioda yer alan digər boksçumuz - Ümid Rüstəmov (57 kq) isə ümidləri puç edib. O, tacikistanlı Asror Vaxidovla bacarmayıb - 0:5.Bununla da turnirə qatılan 9 təmsilçimizdən 7-si artıq mübarizəni dayandırıb.
Reqlamentə görə, 57 kq (kişilər) və 60 kq (qadınlar) istisna olmaqla, bütün çəkilərdə ilk 4 yeri tutan boksçular bu ilin yayında Parisdə (Fransa) keçiriləcək Olimpiada-2024-ə lisenziya qazanacaq. 57 kq-da ilk üçlük, 60 kq-da isə yalnız finalçılar lisenziyaya sahib olacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.