Ölkə kubokunda "Sərhədçi" "Sabah"ı məğlub edib
Dünən B qrupunda keçirilən daha iki oyunla kişi basketol klublarınin mubarizə apardığı Azərbaycan Kubokunun qrup mərhələsində dördüncü tura yekun vurulub. Günün və turun ən diqqət çəkən və gözlənilməz nəticə ilə bitən oyunu ölkə çempionu və hazırkı müntəzəm çempionata liderlik edən "Sabah"la çempionatının ortabablardan sayılan "Sərhədçi" arasında olub. Qarşılaşma "Sərhədçi"nin qələbəsi ilə bitib - 82:87 (31:30, 19:23, 21:17, 11:17). Bu qələbədən sonra "Sərhədçi" B qrupunda liderliyi ələ alıb. Oyunun ən yaxşısı isə 21 xalla fərqlənən Leon Qilmar ("Sərhədçi") seçilib.
Turun son oyununda nominal ev sahibi olan "Gəncə" Xaçmaz;n "NTD-İndiqo"sunu qəbul edib. Görüş ikincinin qələbəsi ilə bitib - 75:98 (16:26, 20:26, 18:22, 21:24). Bu oyunda isə 22 xal və 11 podborla qalıb komandanın üzvü Əkbər Məmmədov fərqlənib.
B qrupunda vəziyyət belədir:
Sərhədçi - 7 xal (4 oyun), NTD-İndiqo - 6 (3), Sabah - 5 (3), Şəki, Gəncə - hərəyə 3 (3).
Bir gün öncə A qrupunda keçirilən oyunların nəticələri belə olub:
"Neftçi"-"Cəlilabad"-82:71;
"Xırdalan"-"Xəzri"-64:75.
A qrupunda vəziyyət belədir:
Xəzri, Neftçi - hərəyə 6 xal (3 oyun), Cəlilabad - 5 (4), Xırdalan - 4(3), Sumqayıt - 3(3).
Qeyd: Reqlamentə görə, dairəvi sistem üzrə keçirilən qrup oyunlarından sonra hər iki qrupda ilk 2 yeri tutan komanda mübarizəni 1/2 finaldan davam edəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.