20 yaşlı sərbəst güləşçilərimiz Yakutiyada xatirə turnirinə qatılıb
Rusiyanın Yakutsk şəhərində 20 yaşlılar arasında sərbəst güləş üzrə Roman Dmitriyev memorialı keçirilir. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, martın 10-dək davam edəcək xatirə turnirinə ölkəmiz 3 güləşçi ilə qatılıb.
Gənclərdən ibarət millinin məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında bəlli turnirə qatılan üçlükdə Ayxan Abdullazadə (65 kq), İsmayıl Rəhimli (70 kq) və Ağanəzər Novruzov (74 kq) yer alıb.
Yeri gəlmişkən, böyüklərdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə əsas yığmalarımız isə hazırda Türkiyədə "Vəhbi Əmrə və Yaşar Doğu" turnirində iştirak edir. Həm Rusiya, həm də Türkiyə turnirinə sabah yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.