Rəşid Məmmədəliyev Avstriya Qran-Prisinin finalında büdrəyib
Dünən Avstriyanın Linz şəhərində böyüklər (kişi və qadın) arasında cüdo üzrə reytinq xarakterli Qran-Pri turnirinə start verilib. Qeyd edək ki, ilk günü Azərbaycan yığması uğursuz olan turnirin bu günə təsadüf edən ikinci günü yadda qalan olub. Belə ki, bu gün tatamiyə çıxan Rəşid Məmmədəliyev (73 kq) və Aytac Qardaşxanlı (63 kq) cütlüyündən birincisi daha uğurla çıxış edərək, yığmamızın medal hesabını açıb. Belə ki, yalnız Serbiya təmsilçisinə qarşı keçirdiyi həlledici finalda büdrəyən Rəşid turnirdə ikinci olmaqla gümüş medala layiq görülüb. O, həm də qaydalara uyğun olaraq, 490 reytinq xalı qazanıb.
Qeyd: Reqlamentə görə, hər bir çəkidə ilk 3 yeri tutan cüdoçu aktivində mevafiq olaraq, 700, 490 və 350 reytinq xalı yazdıracaq. Bu isə İJF-ının növbəti reytinq cədvəlində öz əksini tağacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.