Boksçularımız Olimpiya Təsnifatli turnirə qatılacaqlar
Martın 3-də İtaliyanın Busto Arsizio şəhərində kişi və qadın boksçular arasında Dünya Olimpiya təsnifatlı ilk beynəlxalq turnirə start veriləcək. Martın 11-dək davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, planetin 144 ölkəsindən 632 (399 kişi və 233 qadın) boksçu medallar və lisenziyalar uqrunda döyüşə çıxacaq. Ölkəmiz bu yarışa beşi kişi, dördü qadın olmaqla 9 dəri əlcək ustası ilə qatılacaq. Kişilər arasında yiğmamızın üzvlərindən Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq) və Pekin Olimpiadasının mükafatçısı Alfonso Dominqes (92 kq), qadınların yarışında isə Marjinal Savrıyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzeyeva-Aqamaliyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) rinq döyüşünə çıxacaq.
Reqlamentə görə, turnirdə kişilər 28, qadınlarda 21 lisenziyaya sahib olacaqlar. Qadınlar 57 kq-da yalnız finalçılar, kişilərdə isə 60 kq çəkidə ilk üç yerin sahibi lisenziya qazanmış olacaq. Digər çəkilərdə isə yarımfinalçılar (4 nəfər) lisenziya qazanacaqlar.
Xatırladaq ki, Azərbaycan komandasının iki üzvü - Murad Allahverdiyev (80 kq) və Məhəmməd (+92 kq) bu il Parisdə (Fransa) keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.