Yunan-Roma güləşi üzrə yığmamız Vladiqafqaz toplanışında
Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası fevralın 23-dən etibarən Rusiyanmın Vladiqafqaz şəhərində növbəti təlim-məşq toplanışına başlayıb. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Həsən Əliyevlə Elvin Mürsəliyevin rəhbərliyi altında keçirilən və martın 6-dək davam edəcək toplanışa yığmanın üzvlərindən Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev, Murat Lokyayev, Arif Niftullayev (hamısı 97 kq), Beka Kandelaki, Sabah Şəriəti və Sərxan Məmmədov (hamısı 130 kq) cəlb edilib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, zədəsini bərpa etdirən digər yığma üzvləri məşqçi Kamran Məmmədovun nəzarəti altında adıçəkilən federasiyanın təlim-məşq bazasında hazırlıq keçir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.