"Evening Standard" nəşrinin yaydəğı məlumata görə, İtaliyanın "Roma" klubu hazırda onun heyətində icarədə oynayan və Londonun "Çelsi" klubuna məxsus olan belçikalı forvard Romeu Lukakunu bir dəfəlik almaq istəyir. "Canavarlar" Belçika millisinin 30 yaşlı forvardı üçün London təmsilçisinə 42 milyon avro ödəməyə hazır olduğunu da bildirib. Qeyd edək ki, İtaliya təmsilçisi Lukaku Belçika yığmasında parlaq oyun nümayiş etdirdikdən sonra bu qərara gəlib. Lakin bir məqam da var ki, Lukaku hazırki əmək haqqının iki dəfə azalmasına razı olmalıdır.
Xatırladaq ki, Avro-2024-ün seçmələri çərçivəsində Azərbaycan millisinin qara kabusuna çevrilən (qapımıza 4 qol vurmaqla) bu qara dərili Lukakunun "Çelsi" ilə müqaviləsi 2026-cı ildə bitəcək. Cari mövsümdə o, "Roma"nın heyətində keçirdiyi 14 oyunda 9 qola imza atıb. 14 qolla Avro-2024-ün seçmələrinin bombardiri olan Lukakunu "Transfermarkt" portalı 40 milyon avro civarında dəyərləndirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.