Hümbət Quliyev:
Qəlb haqqında
(esse)
İnsan yalnız özündə olanı başqalarında da görə bilir. Özü də təkcə görmək yox, görüb sevinmək. Sevinmək şərtdir. İnsan özü mərhəmətlidirsə, başqalarında da olan mərhəməti görə bilir, görüb sevinə bilir.
Təkcə mərhəmətə yox, qəlbə aid bütün xüsusiyyətlərə, yəni insanı insan edən bütün xüsusiyyətlərə aiddir bu. Görmürsənsə, sevinmirsənsə, deməli qəlbin qurumuş ağac kimidir. Qəlb niyə quruyur? Sevgisizlikdən quruyur qəlb. Çıxış yolu?
İlk olaraq, ətrafında olanları sevməyə cəhd elə. Təbiəti, insanları. Təbiəti sevməkdən başla, təbiəti sevmək asandır. Sonra keç insanlara. Özünü, yaxınlarını, dostlarını, qonşularını, həmvətənlərini sev. Xoş təbəssümlə hamını salamlamaqdan başla. Salamını almayan da, təbəssümünə laqeyd qalanlar da olacaq, amma sən geri çəkilmə, əvvəl axır sənin kimilər qarşına çıxacaq, hə, elə sənin kimi öz qəlblərini xilas etmək istəyənlər. Məhz belə insanlar bir- birinin qurumuş qəlblərinin dibinə sevgi tökməklə onu yenidən cücərdə bilirlər. İnsana yalnız elə insan kömək edə bilir. Cücərən hər şeyin əvvəl- axır barı olur, çox zaman da şirin olur o bar. Bir- birimizdən sevgilərimizi əsirgəməyək…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.