Kərim Kərimli:
Süleyman Ələsgərovun 100 yaşı tamam olur
Bu gün Süleyman Ələsgərovun 100 yaşı tamam olur.
Gözəl Şuşasından nigaran gedir
Durdu döyünməkdən bəstəkar ürək,
Qarabağ sevgili nəğməkar ürək.
Bu böyük millətə iftixar ürək
Gözəl Şuşasından nigaran gedir.
Yandı, bu millətin dərdinə yandı,
Qovulan, qovrulan mərdinə yandı.
Yağıya “yurd” olan yurduna yandı,
Dərd dolu bir ürək pərişan gedir...
Hanı bu torpağın Cabbarı, Xanı?
Kimlərə qalmışdır yurdu, məkanı?
Məncə, bu dərd yıxdı Xan Süleymanı,
Eşidin, ay ellər, Süleyman gedir!
Gözəl Şuşasından nigaran gedir...
26 yanvar 2000-ci il,
Bakı.
P.S. 21 yanvar Süleyman Ələsgərovun xatirə günüdür. Bu şeiri də 24 il əvvəl Süleyman Ələsgərov vəfat edəndə yazmışam. Dərc etdirərkən belə bir qeydlə vermişdim: “Azərbaycanın böyük oğlu, sevimli və görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor və... çox sadə insan Süleyman Ələsgərovun vəfatı münasibətilə...
– Bu şeir böyük faciələr yaşamış qəlbimin sarsıntıdan doğan göz yaşlarıdır, Süleyman müəllim. Layiqiniz olsa, qəbul etməyinizi xahiş edirəm”.
Şeir sürətlə xeyli mətbuat orqanında yayıldı, sonralar internet resurslarında da paylaşıldı və şeirlər kitablarımdan da ikisinə daxil edildi (“Şuşasız...” (şeirlər), Bakı, 2010, səh. 105 və “Azərbaycan. 100 Vətən nəğməsi" (şeirlər), Bakı, 2018, səh. 82)
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.