21 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Şərif Ağayar: Bizdə yazıçı kimi qocala bilmir heç kim

2 il əvvəl 571 01

Şərif Ağayar:

Bizdə yazıçı kimi qocala bilmir heç kim

Mövlud Süleymanlı dünyasını dəyişdi. Böyük yazıçı idi. "Dəyirman" şedevrdir. Azərbaycan dilini, Azərbaycan nəsrini Tanrı dərgahına qaldıran bir mətndir. Bəs belə bir əsərin müəllifi – sovet mənəviyyatsızlığını kababxanaya çevrilmiş dəyirmanla simvollaşdıran ciddi bir yazıçı son 30 ilin Azərbaycanında heç bir problem görmədimi?

Niyə hamı 80 yaşlı yazıçının yalnız gəncliyində yazdığı əsərlərin adını çəkir?

Alik Alioghlu:

Şərif, özün də yaxşı bilirsən ki, adam bir hekayə ilə də tarixdə qala bilər, bir şeirlə də.. Heç kəsin ömrünün sonuna qədər yaxşı əsər yazmaq, ələlxüsus ölkənin problemlərindən yazmaq kimi bir öhdəliyi yoxdur. Mövlud Süleymanlı dürüst adam olub, ömrünün axırına qədər heç kəsə yaltaqlanmayıb, prezidentin verdiyi şərəf ordenini 5 aydan sonra ailəsinin təkidi ilə gedib götürüb.

Чингиз Султансой:

Dəyərli Şərif bəy, Mövlud Süleymanlı haqqında yazanda mənim toxunmadığım məqama toxundunuz, təşəkkür edirəm. Bunu kimsə deməliydi. Düz deyirsiniz, sözünüzdə haqq çoxdur, amma tam haqlı da deyilsiniz. Mövlud Süleymanlı barədə yox, bizim özümüz barəmizdə yazdığınızda. Azadlığımızdan imtina etməməşik, elə bir an da yoxdur!. Bəli, çoxunun şan-şöhrət, var-dövlət, oğul-uşaq, məişət qayğılarına və xülyasına qapıldığı məqam var, tanrı verəni bəndə verənə dəyişir çoxusu. Amma hamı yox axı? Həbsxanada yatanlar olmasaydı, hamı durumla barışsaydı, etiraz səsləri və əməlləri olmasaydı sizinlə razılaşardım. Amma var axı! Mövlud Süleymanlının dünyanı fəth etməməyində təqsiri cəmiyyətdə görmək ədalətsizlik və qeyri-obyektivlikdir. O yolla gedib-getməməyi qələm adamının özünün istedad, cəsarət, özgüvən məsələsi, seçimi və günahı və ya uğuru, qələbəsidir. Yazıçı azadlığından imtina edirsə özünün seçimidir, əsla cəmiyyətin şərti deyil, SSRİ-nin dağılmağından, sərhədlərin açılmağından 30-35 il keçib. İstedadına güvənən yazıçı çıxıb gedərdi, dünyanı Avropadan ya Amerikadan fəth eləməyə başlardı. Odur ki, "Kimdir günahkar?" sualının cavabını "Hamımız" deyib xalqı, toplumu, bizi borclu çıxarmaq qeyri-obyektivlik və ədalətsizlikdir. Bu məsələdə günah yalnız Mövlud Süleymanlının özündədir. Tarixin dolaşıq yollarından çıxan Azərbaycan xalqının indiki durumu onun əsil siması deyil, boks üzrə olimpia və dünya çempionu da xəstələnib zəif düşə, cəsarətini və döyüşkənliyini, simasını itirə bilər. Tofiq Yaqublu, Saleh rüstəmli, Əlzamin Salayev və b. kimi insanların varlığı bunun canlı, əyani sübutudur. Daha AbzadMedia gənclərini, dünyadan köçənləri, şəhid olanları demirəm. Bir daha təşəkkür, toxunmadığım bu mühüm məqama toxunduğunuza görə.

Ильхам Сулейман:

Deyilənə görə, sovet dövründə hakim kommunist partiyasının Stalinin şəxsiyyətinə pərəstişə son qoyması ilə tarixə düşmüş XXII qurultayında Mərkəzi Komitənin birinci katibi Nikita Xruşşov dünyasını yenicə dəyişmiş İosif Stalini ciddi tənqid atəşinə tutur. O məruzəsini qurtarar-qutarmaz yerdən ona imzasız bir kağız uzadırlar. Kağızda belə yazılmışdı: "Yoldaş Xruşşov, Siz özünüz də Stalin yoldaşın yanında məsul vəzifədə işləyirdiniz, niyə bu nöqsanları vaxtında onun üzünə söyləmirdiniz?"

Xruşşov diqqətlə kağızı oxuyur, sonra onu əlində göyə qaldırıb, zala müraciətlə soruşur: "Bu kağızı kim yazıb, mənə göndəribsə, ayağa qalxsın." Zaldan səs çıxmır. Xruşşov sualını bir də təkrar edir. Zalda hamı susur. Onda Xruşşov zala müraciətlə, "Qorxursunuz, bax, mən də o vaxt beləcə qorxurdum!"-deyir.

Cəsurlara, sözünü üzə deməyi bacaranlara heyranam!

QEYD. Sarı fonda verilən başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Çünki... bizdə yazıçı kimi qocala bilmir heç kim. Müxtəlif səbəblərdən. Obyektiv-subyektiv – dəxli yoxdur, nəticə dəyişmir. Biz ata kimi, baba kimi, dost kimi, ağsaqqal kimi ömrümüzü davam edə bilirik, yazıçı kimi yox. Gəncliyimizdə faciəli şəkildə həlak oluruq.

Azadlığımızdan imtina etdiyimiz an...

Ev-ailə, şan-şöhrət, var-dövlət, oğul-uşaq xülyasına qapıldığımız an.

Tanrı verəni bəndə verənə asanlıqla dəyişirik...

Mövlud müəllim nəinki ingilis, fransız, alman, hətta ispan olsaydı dünyanı fəth edərdi. Cəmiyyət onun qarşısına heç vaxt yazıçı azadlığından imtinanı həyat-məmat şərti kimi qoymazdı.

Kimdir günahkar?

Hamımız.

Uşaqlı-böyüklü, qızlı-oğlanlı, ölülü-dirili – hamımız.

Bu bizik.

Böyük yazıçını da böyüməyə qoymayan, onu səksən yaşında gənclik mətnləri ilə uğurlayan, müstəqillikdən və qələbədən sonra da səadətin ünvanını tapmayan binəvalar...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

John Doe 4 gün əvvəl

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

John Doe 5 gün əvvəl

"Ata və Babalarımızın Sərgisi" uğurla baş tutdu +FOTO=57

"Ata və Babalarımızın Sərgisi" uğurla baş tutdu +FOTO=57

John Doe 5 gün əvvəl

Aşıq Kərəm İncəlinin irsinin qorunması istiqamətində mühüm addım

Aşıq Kərəm İncəlinin irsinin qorunması istiqamətində mühüm addım

John Doe 1 həftə əvvəl

Hindistanın səfiri xüsusi tədbirdə iştirak edib +VİDEO

Hindistanın səfiri xüsusi tədbirdə iştirak edib +VİDEO

John Doe 1 həftə əvvəl

В Азербайджанской государственной детской филармонии состоялся музыкально-поэтический концерт «В гостях у Сказки»

В Азербайджанской государственной детской филармонии состоялся музыкально-поэтический концерт «В гостях у Сказки»

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

İlham Əliyevin iştirakı ilə Bakıda İslam...

18 iyun 2026 15:57:58
• Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib}

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfran...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com