Mərkəzi Gömrük Hospitalında xarici tələbələrin təhsili davam edir
Hazırda Mərkəzi Gömrük Hospitalında Azərbaycan Tibb Universitetinin sonuncu kursunun ingilis dili bölməsinin Hindistanlı bir qrup xarici tələbəsi təhsilini davam etdirir.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevin rəhbərliyi altında ATU-nun VI kurs xarici tələbələri “Daxili xəstəliklər” ixtisasının “Qastroenterologiya” kursu üzrə təhsil alırlar. Kurasiya dövründə onlar “Qaraciyərin funksional testlərinin dəyişikliyinin differensial diaqnostikası, disfagiyanın, abdominal ağrıların, portal hipertenziyanın differensial diaqnostikası” və digər mövzularda nəzəri-praktik təlimlər keçiblər.
Tələbələr nəzəri dərsləri Mərkəzi Gömrük Hospitalında mədə-bağırsaq traktının və qaraciyər-öd sisteminin müxtəlif xəstəlikləri ilə bağlı müalicə alan xəstələrin müşahidəsi ilə birləşdirmək, xəstəxananın unikal müalicə üsulları və müasir avadanlıqları ilə tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, bağlanmış müqavilələrə uyğun olaraq hazırda Mərkəzi Gömrük Hospitalının klinik bazasında subbakalavr, əsas tibb təhsili, rezidentura və diplomdansonrakı təhsil səviyyəsində 1 və 2 saylı Bakı Tibb Kollecləri, Azərbaycan Tibb Universiteti, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kursantları, tələbələri və rezidentləri təhsil alırlar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.