Fidan Əhmədova:
Keçilməyən mövzuları olimpiadaya salmaq düzgündürmü?
Olimpiadalar haqqında əvvəllər də yazmışam. Təkrar olaraq yenə yazmaq istəyirəm.
Uşağın hələ keçmədiyi mövzuları olimpiadaya salmaq nə dərəcədə doğrudur?
Axı bu ədalətli seçim deyil.
Bərabər imkanlar daxilində ən yaxşıları seçməliyik olimpiadada.
Müəllimin birinin vaxt imkanı olur, uşağı gecə gündüz hazırlayır hələ gələn il keçəcəyi mövzular üzrə.
Digərinin isə ailə şəraitinə görə vaxt imkanı olmur.
Olimpiada sualları uşağın keçdiyi mövzulardan olmalıdır.
Bilirəm, beynəlxalq olimpiadalarda xarici uşaqlar bizdən çox irəlidə olur. Amma onların tədris proqramı da bizdən fərqlidir. Onlar 10-cu sinifdə Fizikanın dərinliyinə gedəndə, biz Azərbaycanda 10-cu sinif uşaqlarına Nyutonun qanunlarını keçirik. O qanunları ki, uşaqlar o dərsləri 7-ci sinifdə öyrənib danışıb qiymət alıb.
Ona görə də ya gərək biz tədris proqramını müasir standartlara cavab verən şəkildə hazırlayaq. Fizika proqramı 60 il əvvəlin proqramıdır.
Ya da olimpiadanı iki yerə ayıraq. Yerli olimpiada və beynəlxalq olimpiada.
Yerli olimpiadada suallar Azərbaycan məktəblərində tədris proqramları çərçivəsində olsun. Yəni, uşağın keçdiyi mövzular çərçivəsində.
Beynəlxalq olimpiada isə beynəlxalq tədris proqramları çərçivəsində olsun.
Yerli olimpiadaların qaliblərini yığıb beynəlxalq olimpiadalar üçün hazırlayaq. Onları xüsusi olimpiada təlimlərinə yazaq. Beynəlxalq olimpiada liseyi açılsın. Ora yerli olimpiada qalibləri qəbul edilsin.
Yerli olimpiadalara marağı artırmaq üçün isə, uşağın qalib olduğu fənn üzrə bonuslar tətbiq edilsin. Yəni, uşaq əgər fizika üzrə olimpiyadada rayon mərhələsindən uğurla keçibsə, ali məktəblərə qəbul zamanı fizika balının üzərinə 10 bal bonus gəlsin, zona mərhələsindən uğurla keçibsə 20 bal, Respublika turunda yer tutubsa 30 bal bonus qazansın.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.