Etibar Hüseynov:
Elə bir çıxış yolu tapmalıdırlar ki, bu gənclərin həyatı puç olmasın
Bu qəbildən olan videoları bir müddət əvvəl Avropa, Amerikada çəkib paylaşardılar. Sonra oxşarlarını qonşu Rusiyada, Türkiyədə etdilər. İndi isə özümüzünkülər edir. Dəhşətdi. Artıq adam bu qəbildən olan heyrət doğuran xarici videoları görəndə qorxur ki, bir azdan bizə də gəlib çıxacaq.
***
Siz o kadrlara diqqətlə baxdınızmı? Bir daha baxın. Onda görəcəksiniz ki, videodakı tərəflər, yəni həm güclü tərəfin, həm də zəif tərəfin davranışları həmin o xaricdə çəkilən videolardakı qızların tam eynisidir.
Tam eynisi. Sanki həmin videolar professional şəkildə improvizə edilərək, dublyaj olunub. Güclü tərəf eyni əda və ishehza ilə təhqir edir. Zəif tərəf isə eyni acizliklə yalvarır, imdad diləyir. Tam əminliklə demək olar ki, hər ikisi həmən videolara çox baxıb. Və orada gördüklərini "parodiya" edirlər.
***
Kamran Abbasov:
O faşist qızda manyaklığ var hələ çox hoqqalar edəcək ona görə də ciddi cəzalanmalıdır.
Elshad Memmedli:
Əksinə, o "lotu", "avtoritet" ləçəri həbs etmək, necəsə cəmiyyətdən təcrid etmək lazımdır. Çünki artıq pozulmuş tipdir, ondan bacı, barışçı olan zibil deyil. Ruhən, genetik pozuntudur.
Сара Асланова:
Lazımdır nədir?! O küçüyü əlimlə boğaram! Qoy gedim həbs olunum .Mənim uşagımla onu edənin anası cəhənnəm olsun , atasının başına qatıq yaxıb keçəl edib , küçəyə buraxıb sonra o küçüyə qaşıq, qaşıq ...yedizdirərəm! DİN harda idi ?! Məktəb harda ölub ?! Tərbiyə verən küçə adamı ana hardadı ?! Sənin uşağın onu edər , mən ki, edər?! Yox ona görə ki, biz adam balası olmuşuq tərbiyəni də düz vermişik! İctimaiyyət içində ozün kontrol edə bilməyəni самосуд edərlər!
Ədil Hüseynov :
İndiki uşaqlarla söhbət etmək, onlara cəmiyyətin yaxşı və pisini aşılamaq çox çətindir. Amma valideyn olaraq səbrlə, dolayı yollarla uşaqları ələ alıb baş verənləri düzgün analiz etmək və anlatmaq lazımdır. Bunu hər valideyn edə bilmir. Üstəlik məktəblərdə düzgün sistem də qurulmayıb deyə uşaqlar axsaq qalır. Evdə yoxdurda məktəbdə olmalıdır və ya əksinə... Ən böyük səhv valideyndədir... Amma uşaq da gərək özü şərəfsiz, dələduz olmaya. Əgər uşaq aqressivdirsə onunla özü kimi təftar lazımdır. Aqressiv adamlarla onların özü kimi rəftar etdikdə onlar ya bezib dzəlirlər, ya da məhv olurlar. Məncə cəmiyyətdə özünə yer tapa bilməyən, aqrresiv davranış sərgiləyən, bu qızlar kimiləri məhv olmalıdır və ya məhv edilməlidir. BU mənim şəxsi fikirimdir. Belə adamlardan nə ana, nə ata, nə də düzgün nəsə olmur. isti-isti məhv edilməlidirlər, ya da qovulmalıdırlar. Mən əminəm ki, bu qızlar gələcəkdə daha böyük fəsadlar törədəcək, kiminsə evini yixacaq, hansısa ailəyə düşüb bədbəxt edəcək və özü kimi şərəfsiz böyüdəcək.
QEYD. Sarı fonda verilən başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
Komentləri oxuyuram; hamı DİN-i tağ edib dəhşət saçır. "Asılsın", "kəsilsin", "bunların da alnına "qəhbə" yazılıb, başları qırxılsın" və.s və i. Dəhşətə gəlirəm. Doğrudanmı bunu çıxış yolu sanırsız? Onsuz da ortada bir qızıň, (həmçinin də ailəsinin) taleyi ləkələnib puç oldu. O qızcığaz intihar etməsə, ailə üzvlərindən hansısa birisise qatilə çevrilməsə yaxşıdır. İndi istəyirsiz o biriləri də o günə salasınıž, 1, 3-ə çevrilə? Onda rahatlaşacaqsınız? Ürəyiniz soyuyacaq?
***
Bilirəm, indi haqlı olaraq soruşacaqsınız ki "bəs onda necə olsun? Nə təklif edirsən?". Bilmirəm vallah. Ancaq onu bilirəm ki, bu biri qızları da "sındırıb" o birisindən də betər günə qoymaq çıxış yolu deyil. Bu həyata ilk qədəmlərini atan qızcığazlar yəqin ki, eynən o bayaq dediyim xarici videolarda olduğu kimi hansısa oğlanı "bölüşə" bilməyiblər. Adətən bu qəbildən olan qızlar sevdiyi oğlanın başqa birisi ilə oturub-durduğunu eşidəndə bu yola əl atırlar. Yəqin ki, indi də eyni motivdir.
***
Ona görə də ya psixoloqlar, ya ağsaqqallar elə bir çıxış yolu tapmalıdırlar ki, bu gənclərin həyatı puç olmasın. Qarşı tərəfi də aşâğılayıb təhqir etməklə zərərçəkmiş qızın yarası sagalmayacaq. Əksinə o biriləri də bədbəxt edəcəyik. Ona görə də elə variant tapılmalıdır ki, bu qızlar sonunda ğöz yaşları içində qucaqlaşıb barışsınlar. "Güclülər" zəıfdən dönə-dönə üzr istəsinlər, etdiklərinə görə peşman olduqlarını söyləsinlər.
***
Ancaq bunu başlarının qırxılmaq, alınlarına "pozğun" sözünün yazılması qorxusundan deyil, tam səmimi şəkildə etməlidirlər. Əksinə, onaların səhvləri o dərəcə izah olunmalıdır ki, özləri qayçını uzadıb "sən də mənim saçımı kəs", və ya qələmi uzadıb " sən də mənim alnıma yaz" desinlər. "Bunu et, bizi bağışla, sonra ömrümüzün sonuna kimi dost olaq , bacı olaq" deyib qucaqlaşsınlar. İnandırım sizi ki, bax məhz onda həmin "zərərçəkmiş" onları səmimi şəkildə əhv edəcək, bağışlayacaq. Yaraları sağalacaq.
***
Necə düşüňürsüz?
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.