Millət vəkili gənclərə yeni tövsiyələr verdi
Millət vəkili Ceyhun Məmmədov yenidən gənclərə tövsiyələrini verib .
1. Daima üzərinizdə işləyin, yeni biliklər əldə edin, bilik, təcrübə və bacarıqlarınızı artırın.
2. Həyatda uğurun sirrinin gərgin zəhmət və əməkdən, davamlı çalışmaqdan keçdiyini unutmayın.
3. İradənizi daima gecləndirin, heç zaman nəfsinizin nazı ilə ərköyün uşaq kimi oynamayın.
4. Beyninizi və ürəyinizi hər zaman təmiz saxlayın. Onları zərərli, zəhərli fikirlərdən və insanlardan qoruyun.
5. Həssas olun, insanları öz yerinizə qoymağı bacarın. Özünüzə rəva bilmədiyinizi başqalarına da rəva bilməyin.
6. İnsanlara qarşı diqqətli və nəzakətli olun. Təkəbbür, kobudluq, laqeydlik və bigsnəlikdən uzaq olun.
7. Heç kimin və heç nəyin haqqına girməyin. Bilin ki, nə bu dünyada, nə də o biri dünyada heç kimin və heç nəyin haqqı heç kimdə qalmayacaq.
8. Gördüyünüz bütün işləri insafla və vicdanla görün, heç zaman işinizə və peşənizə xəyanət etməyin.
9. Dostlarınızı və ətrafınızı doğru seçin, inkişafınıza mane olan, sizi yanlış yola çəkən insanlardan uzaq olun.
10. Hər zaman səmimi və təvazökar olun. Təkəbbürün və özündən razılığın hələ heç kimə uğur və başucalığı gətirmədiyini unutmayın.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.