Doğma Ağcabədimiz foto obyektivin gözü ilə...
Doğma rayonumuzun, daha dəqiqi, bizim Ağcabədinin təmizliyini, onun səliqə-səhmanını qorumaq hər bir sakinin, hər bir ağcabədilinin vətəndaşlıq borcudur. Düzü, rayonun düz mərkəzində, Heydər Əliyev prospekti ilə Nəsimi küçəsinin kəsişdiyi yerdə, rayonun necə deyərlər, düz ortasından keçən qurumuş su kanalının yaratdığı mənzərə heç ürək açan olmadı... Kanalın hər yanı qalaq-qalaqzir-zibil, boş plastik su qabları – bir sözlə hər cür tullantılar, üstəlik də bu tullantıların ətrafa yaydığı dəhşətli üfunət qoxusu... Olmazaxı... Əziz sakinlər, bu rayon bizimdir. Onun təmizliyinin qeydinə qalmaq hər bir ağcabədilinin vəzifə borcudur. Siz bu kanalı təmiz saxlamaqla, eyni zamanda öz sağlamlığınızı qorumuş olarsınız.
Çəkiliş zamanı onuda müşahidə etdik ki, aidiyyatı qurumların əməkdaşları və texnikası min-bir əziyyətlə kanalı bu tullantılardan təmizləməyə çalışırlar. Bir kanaldan nə qədər zibil çıxar, nə qədər tullantı çıxar? Bir maşın???... Yooooox, əzizlərim, maşın-maşın...
Öz təmizliyinizin, ən azından öz sağlamlığınızın xatirinə, gəlin rayonumuzun mərkəzindən keçən su kanalını daim təmiz saxlayaq. Evdəki tullantıları, gərəksiz əşyaları binaların qarşısındakı zibil yeşiklərinə ataq, nəinki binamızın qarşısından keçən sukanalına... Bununla bağlı aidiyatı qurumlardan öz işlərində məsuliyyətli olmağı daha da məqsədə uyğundu.
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.