19 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Bahəddin Həzi: Əgər fərqli birisənsə...

1 il əvvəl 274 01

Bahəddin Həzi:

"Əgər fərqli birisənsə, yalnızlığa məhkumsan"

Bunu məşhur ingilis yazıçısı, filosofu Aldous Huxley demişdi. Ancaq Rafiq Əliyev Huxleyi öz nümunəsində haqsız çıxardı; fərqlidir, ancaq tənha deyil. Öz yarını, yarısı itirib, bəli, bu itkini çox ağır keçirir. Ancaq eyni zamanda Dünyanı qazanıb. Övladı, nəvələri, tələbələri, dostları, məsləkdaşları, rəqibləri... Hər kəs var!

Dünya boyda adı var və bu gün bu adın günüdür. Mən də 82 yaşlı dostumu - professor Rafiq Əliyevi onun haqqında yazdığım bir esse ilə təbrik edirəm. Bu esseni kitabda oxuyan kimi mənə zəng etmişdi; bəyənmiş, həm də çox kövrəlmişdi.

Rovshan Kebirli:

Bahəddin bəyin təbriki aşaraq şedevr bir əsərə çevrilən bu möhtəşəm yazısının qarşısına söz çıxarmağın mümkünsüzlüyünü nəzərə alır və bu üzdən hörmətli akademik Rafiq müəllimi eləcə təbrik etməklə kifayətlənirəm!

Allah sizi qorusun ləyaqətli kişi, Azərbaycanı dünyada tanıdan böyük düha!

Əlinə, həqiqətə söykənən qələminə alqışlar Bahəddin bəy!

Elkhan Shukurlu:

Dəyərli alimimizi - Rafiq müəllimi adına və şəxsiyyətinə uyğun təbrik mətninə görə, əvvəlcə, Sizə təşəkkürlər, əziz Bahəddin bəy! İşıq, sevgi və səmimiyyət saçan kəlmələrinizə qoşulur, Rafiq müəllimə uzun və sağlam ömür arzulayırıq! Çünki o, şəxsiyyəti və düşüncələri ilə Azərbaycan gəncliyi qədər ölkəmizə, xalqımıza lazımdır - ən azı, bir ziyalılıq nümunəsitək!

Vűqar Məmmədxanlı:

Sağlığında qiymət verək insanlara, yazmışdı xalq şairi Cabir Novruz. Rafiq müəllim şükürlər olsun ki, dəyəri, qiyməti sağlığında verilən alimlərimizdən, şəxsiyyətlərimizdən, INSANLARdan biridir. Nə yaxşı ki, biz bu gözəl alimimizi tanıyırıq, onunla bir dövrdə yaşayırıq! Rafiq müəllimə cansağlığı arzulayıram, Bahəddin Həzi qardaşımıza da növbəti mükəmməl yazısından dolayı təşəkkür edirəm, Bahəddin bəy də dəyərli söz ustadlarından biridir və əksəriyyətin sevdiyi şəxsiyyətdir, uğurlar!

QEYD. Sarı fonda verilən başlıqlar sosial şəbəkə ilə eynilik təşkil edir.

Bir sözlə, varını verən utanmaz. Mənim də hədiyyəm bu esse olsun.

Beləliklə...

Mauntkastl hipotezindən Monronun portretinə qədər...

Qürur təkcə sevdiyinin qarşısında əyiləndə sınmır

Zamanında işlədiyim qəzet redaksiyasındakı bir otağın qapısında maraqlı lövhə vardı. Daha doğrusu, sualdı. Sualdan da çox... sual!

"Qapını açmadan qabaq fikirləş: sən burda kimə lazımsan?"

"Sənə kim lazımdır?" yox, "Sən kimə lazımsan?"

Bax, elə bu cür.

Stiven Hokinq isə iş otağının qapısına sual yox, nida cümləsi asmışdı: "Sakit ol, boss yatır!".

Əslində isə boss yatmırdı; saatlarla dayanmadan çalışırdı. İçəri kimsənin gəlməsini istəmirdi.

O kimsə otağa daxil olsaydı, Hokinqin iş masasının üzərində - kompüterin yanında alimin ailə rəsmini, bir neçə bitkini və... Merilin Monronun boyu uzunu portretini görəcəkdi.

Sizə qəribə gəlir, yəqin ki. Bəlkə də şübhələnərsiniz: Kitti Ferqyüson Hokinqə həsr etdiyi kitaba bu cür incə toxunuşla zərif rəng qataraq nəşrin kommersiya uğurunu artırmaq istəmiş ola bilərdi.

Bəli, mümkündür. Ancaq bu, bir tarixi faktdır axı, uydurma deyil. Monronun qadın şarmı darıxdırıcı bioqrafik oçerkə nə qədər ticari cazibə qatıb, onu bilmirəm. Bildiyim tək şey var: dahi astrofiziklə füsunkar modelin əsrarəngiz duyğusal tandemi elə Əlahəzrət Tarixin özünə də maraqlı gəlib.

Hokinqin estetik enerji qaynağı Monronun eleqansıymış. Başqa bir alimin isə hər zaman gözünün qarşısında öz mərhum xanımının gülərüz çöhrəsi var.

Bəli, bütün böyük kəşflər beyinin məhsuludur. Məşhur neyrofizik Bernon Mauntkastl belə bir hipotez irəli sürmüşdü ki, əgər beyni düzgün qidalandırsan və əlverişli şərtlər yaratsan, istənilən əcnəbi dili, işarə dilini, bədən dilini, riyazi dili, proqramlaşdırma dilini mənimsəyə bilər. Başqa sözlə, sən öz beyninlə düzgün ünsiyyət qursan, elm qapılarının o sadaladığımız açarlarını sevə-sevə verəcək. Sənə, sadəcə, qıfılı açmaq qalacaq. Beynimizlə doğru rəftar etsək, bizi xəyalımızdakı doğrulara doğru aparacaq.

Rafiq Əliyevin uğurunun bir sirri bu doğrudur.

Ancaq başqa bir doğru da var: beyin gözdən alınan estetik vizual informasiya və ya emosiya ilə qidalanır. Elə deyilmi?! Bəlkə elə buna görə əksər alimlər, cahangirlər, dahi siyasətçilər... həm də şairdir, rəssamdır, bəstəkardır. Ya da ədəbiyyatın, rəsmin, musiqinin gerçək xiridarıdır. Bizim təhrif olunmuş təsəvvürümüzdə bəzən elm, elə siyasətin özü, ümumiyyətlə, ciddi bildiyimiz nəsnələr bədii təxəyyülə ironiya bəsləyir.

Ancaq, yox.

Şah İsmayıl niyə şeir yazırdı? Yaxud Sultan Süleyman niyə nəqqaşlıq edirdi? Bunun kökü var: üç qitəyə hökm edən Qanuni inciləri, mirvarini cilalayanda əslində öz hissi qavrayışını, fərdi fəhmini itiləyirdi, daxili emosional tarazlığını artırır, ruhani mərtəbəsini yüksəldirdi. Və... bu qiymətli (hökmdar əlindən çıxmış qiymətsiz) daşları Sultan sevdiyi gözələ bağışlayırdı. Bununla da gözəlliyin əslində ən qiymətli inci olduğunu vurğulayırdı. Möhtəşəm Süleymandan yüzillər sonra İngiltərədə Oskar Uayld adlı bir yazıçı meydana çıxacaqdı və "Dorian Qreyin portreti"ndə belə bir bədii (fəlsəfi-estetik) hökm verəcəkdi: "Gözəllik müzakirə olunmur. O, ən böyük hökmdardır".

Bəli, Tarix də təsdiq edər ki, üç qitəyə hökm edən Padşahın özü... Gözəlliyin "əsiri" idi. Əslində onu az qala 40 il boyunca yeni-yeni şəhərlər, ölkələr, dənizlər fəth etməyə sövq edən də elə... öz "hökmdar"ı olmuşdu... Təbiətin öz gözəllikləri ilə bizi öz hakimiyyətinə tabe tutduğu kimi.

Məşhur Qreqq Breydenin "İlahi matris" əsərində bunun sirri açılır: Hisslərimiz hansı niyyətə fokuslanıbsa, o, gerçək olur. "Niyyətin hara, mənzilin də ora" məsəlimiz də burdan gəlir. Breyden hətta buddist Mahayana təlimindən də misal gətirir: duyğularımızın diqqəti hara cəmlənibsə, dünya ordadır. Bu, lokal miqyasda da olur: ölkənin gündəmi hardadırsa, ölkə həmin gün ordadır. Məsələn, Şuşaya bayraq sancılan gün bütün millət fikrən, ruhən ordaydı.

Bax, elə bu gerçəklər də professor Rafiq Əiyevin həyatının və elminin mayasındadır; onun hamıya açıq olan... sirridir.

Elə sirr var, hamı onu başqalarından gizlədir, elə sirr var, hamı özü o sirdən... gizlənir. Ya da öz sirrində gizlidir.

Rafiq Əliyevin isə bizdən gizlədiyi-saxladığı bir sirri yox! Onun sirləri hər kəsə açıqdır. Çünki məntiq həmişə gizlətməyə meyl edər, duyğular isə hər zaman açığa — aydınlığa can atar.

Bəzi adamlar, görürsünüz, dilində bir söz deyər, ancaq üzünün, gözünün ifadəsi onu asanlıqla ələ verər. Əgər mahir yalançı deyilsə...

Rafiq Əliyev isə mahir doğruçudur; duyğusaldan, sentimentlərdən qaçmaz. Necə varsa, elə görünür. Hissiyyatının gücü məntiqinin diqtəsi altında əzilib yox olanlardan deyil. Onda ağlın, məntiqin öz yeri var, hisslərin öz yeri. Bəlkə də professorun ağlına bu uğurları qazandıran elə həm də hissləridir. Duyğusala sədaqəti və onu ifadə cəsarətidir.

Alimin poeziyaya, estetikaya, musiqiyə, fəlsəfəyə, dinə heyranlığı, bağlılığı burdan gəlir. Hətta qadın gözəlliyindən zövq aldığını da etiraf edir.

Mən belə insanlarla rastlaşdım; onlar mənim həyatıma və düşüncələrimə yön verdilər. O insanlardan biri də professor Rafiq Əliyevdir.

Belə bəndəsi olan Allaha hərdən həsəd aparmağım gəlir...

Bu yerdə bəlkə mətləbdən bir az uzaqlaşaq!

"Biz qanun qarşısında hamı bərabərdir" deyə dövlət qurduq; Allahın, kainatın qanunları qarşısında, görürsünüz, hamı necə bərabərdir?! Əcəl gələndə hər kəs sakitcə ayağını uzadıb ölür. Ancaq yaşadığı müddətcə də əli Allaha doğru uzalıdır...

Biz qanunları qarşısında bərabər olduğumuz o İlaha özəndik. Yerin qanunları da elə olsun dedik: dövlət qanunları qarşısında da hamı bərabər olsun istədik. Ancaq yox! Bir də baxırsan, aramızdan kimsə palanlı-patavalı, çıxıb oturub qanunun üstündə və deyir: "Heç kim qanundan üstün deyil".

Ancaq İlahi qanunlarla belə davrana bilərsənmi?! Yox!

Görürsünüz, yazda hamı dağlara qalxır, meşələrə çəkilir, yayda dənizə, Günəşə açılır. Payızda evinə, qışda isə... özünə sığınar. Ancaq hər fəsildə insan təbiətin hökmünə boyun əyər: evində oldu, ya çöldə — fərq etməz. Soyuq oldu qalın geyəcək, isti oldu, nazik. Yağış yağırsa, başına çətir tutacaq, qar yağırsa, qalın papaq qoyacaq.... Buna insanın təbiətdən qorunması deyə bilərsiniz. Yox! O deyil təkcə. İnsan təbiətin, yəni Allahın qanunlarına qarşı gəlmir, demək. Dünyanın harasında və hansı şərtlərdə yaşayır-yaşasın, insan o ilahi şərtləri qəbul edir, o şərtlərə öyrəşir.

Əgər qışın oğlan çağında donmuş göldə buzun altına qarmaq atan fin balıqçısı qızmar ərəb səhrasında qaynar qumluqda, günəşin 60 dərəcəsində dəvənin belində yellənə-yellənə bir içim su axtaran bədəvi ərəblə yerini dəyişmirsə, deməli, hər ikisi təbiətin (Allahın) qanunlarına sonsuz sayğı duyur, boyun əyir. Qürur — təkcə inandığının, sevdiyinin qarşısında əyiləndə sınmır...

O isə sevgili Allahının qüdrəti, bir də sevdiyi qadının gülərüz çöhrəsi qarşısında əyilən (hər gün, hər an əyilən), bu üzdən heç zaman sınmayan bir İnsandır.

Artur Şopenhauer sanki onun haqqında yazıb: "Şöhrəti qazanmaq, ləyaqəti isə itirməmək lazımdır". Filosof deyirdi: "Şəxsiyyətimiz xoşbəxtliyimizin birinci şərtidir".

Bunun əksi: ən böyük bədbəxtlik şəxsiyyətsizlikdir.

Professor Rafiq Əliyevin xoşbəxtliyi də təkcə onun dünya şöhrətli alimliyi, bir neçə dildə elmi əsərlər yazması, Lütfi Zadə kimi dühanın yetirməsi, elmi varisi olmağı və sair və ilaxır deyil. Onun ən böyük xoşbəxtliyi ləyaqətli insanlığı, bütöv şəxsiyyətidir.

Anlayacağimiz: biz şəxsiyyətimizin miqyası qədər xoşbəxtik, ya da bədbəxtik.

O miqyas nə qədər böyükdürsə, bizim həyatdan alacağımız anlam və həzzlər də o qədər olacaq.

İnsanın şəxsiyyəti nə qədər kiçikdirsə, o, öz ruh aləminin boş qalan rəflərini kiçik şeylərlə dolduracaq; mənsəbə, pula, əmlaka, bir sözlə, cansız — maddi dəyər ölçüsü olan əşyalara meyl edəcək. Mənəvi cılızlığından qaçıb dünya malına sığınacaq. Elə biləcək ki, nə qədər dəbdəbəli evdə yaşasa, nə qədər bahalı maşın sürsə, cəmiyyətdəki statusu o qədər yüksək olacaq. Anlamayacaq ki, cəmiyyətdəki statusu pulla almaq olmaz, onu şəxsiyyətinin gücü ilə qazana bilərsən. Yalnız qazana bilərsən, vəssəlam!

Mən bu faktı bir dəfə çoxdan yazmışdım, xatırladıram, sadəcə. Professor Rafiq Əliyev zamanında — həyatının bir dönəmində məmur da olmuşdu. O zamankı Mərkəzi Komitənin (indiki Prezident Administrasiyasının ekvivalenti kimi düşünün) şöbə müdiri idi. Həmin dönəmlər Qarabağda hadisələr, meydan hərəkatı başlamışdı. Bütün yüksək ranqlı məmurlar universitetə, institutlara göndərilirdi, onlara tapşırıq verilirdi ki, tələbələri, gəncləri antisovet aksiyalardan çəkindirmək lazımdır. Mən də o zaman tələbəydim.

Kimsə, yuxarıdan gəlib göylə gedirdi; gözümüzü qorxutmaq istəyirdi, kimsə yağlı-duzlu vədlər, vədələr verirdi... Rafiq Əliyev isə bircə dəfə gəldi, biz toplandıq. Dedi: "Mənə tapşırıblar, sizə deyim ki, mitinqlərə getməyin. Ancaq mən bunu deməyəcəm. Desəm də, deməsəm də, siz o aksiyalara gedəcəksiniz. Sizi ora aparan ürəyinizin hökmü, milli qeyrətinizdir. Kim: "Getməyin!" desə də, sizi dayandıra bilməyəcək. Mən isə: "Getməyin!" sözünü heç deməyəcəm. Təkcə bir söz deyəcəm: özünüzü qoruyun, çünki siz gələcəkdə bizə çox lazım olacaqsınız".

"Gələcək" deyəndə o, müstəqil dövlətimizi nəzərdə tuturdu. Hərçənd o zaman hələ Sovet quruluşunun dağılmağına illər vardı. Hər halda Rafiq Əliyev hadisələrə sözün hər anlamında yuxarıdan baxırdı və bunun fraqmentar üsyankarlıq olayı deyil, proses olduğunu görürdü, tendensiyaları izləyə bilirdi. Başqaları alim də olsa, məmur kimi baxırdı və tarixi axını dayandırmaq qəflətinə uymuşdu, Rafiq Əliyev isə məmur da olsa, hər şeyə elmdən baxırdı, çünki alimliyi məmurluğundan hər zaman öndəydi.

Qısası, Rafiq Əliyev məmur olanda da fərqliydi; millətinə bağlı, özünə sadiq qalmışdı. O, başqaları kimi xalçanın üstündə bəslənmiş, akademiya klançılığının elmvari dibçəklərində süni yetişdirilmiş quruca elmi dərəcə deyildi. O, öz ağlı, biliyi, zəhməti ilə xalqın içindən bu mərtəbəyədək gəlmişdi. Və yaxşı ki, gəlmişdi. Əsl öz vaxtında gəlmiş!

"...Vaxtında gəlmişik bu dünyaya biz, Bu dünya yenidən qurulmalıymış..."

Əhməd Cəmilin şeiri bolşevik təəssübünün mədhinə həsr olunsa da, bu iki misra, əminəm ki, ürəkdən gəlib.

Bəli, hər insan Dünyaya öz vaxtında gəlir, öz vaxtını yaşayır, öz vaxtında, yəni vaxtı çatanda gedir. Doğulan hər yeni körpə yeni dünya deməkdir. Zira hər insan nəsli ilə dünya, Əhməd Cəmilin dediyi kimi, yenidən qurulur. Bu dünya içində hələ başqa dünya da var: vaxtında gələnlər, vaxtında gedənlər arasında öz vaxtından uca şəxsiyyətlər də olur (bu uğurlu "vaxtdan uca" ifadəsi mənim deyil; Rafael Hüseynovun Hüseyn Cavidə həsr etdiyi kitabın adı idi).

Bütün doğulanların bu dünyaya gəlməkdə məqsədi var; kimisi yaşamağa gəlir, kimi yaşatmağa. Ağlının zirvəsinə yetişənlər dahi olar, boyundan yuxarıya sıçrayanlar çempion olar, həyatından yüksəyə qalxanlar şəhid olar. Himnimizdəki

o söz boşuna deyil: "Hərə bir qəhrəman oldu". Bu dünyanı yenidən yaradanlar hərə bir cür qəhrəman olur.

Yox, hamımız dahi ola bilmirik, qəhrəman da deyilik. Şəhidlik də hər kəsə nəsib olan səadət deyil. Ancaq hərəmizin bir məqsədimiz olub doğulanda. Niyyət tutub gəlmişik. Allah niyyətlərimizi qəbul edib. Gələndə adımız yox idi; burda bizə ad verdilər. Ancaq dünyadan gedəndə dünyada qazandığımız adı qoyub gedirik. Bizə verilən adla gedirik, qazandığımız adla isə xatırlanırıq. Hər il xatırladığımız, xatırlandığımız o gün — ad günü dediyimiz də, əslində, bizə verilən adın günü deyil. Biz öz ömrümüzə adı özümüz qazanmalıyıq. Mənəviyyatımızın "Dədə Qorqud" qatında hər doğulan öz adını öz əməli ilə qazanırdı. Bir xeyirli əməli, bir qəhrəmanlığı olmayınca, adsız yaşayırdı. Və ona görə də biri 15 yaşında, o birisi 25 yaşında... yenidən gəlirdi dünyaya. Yəni adının günündə.

Rafiq Əliyev, dediymiz kimi, şəxsiyyətinin gücü və ağlının israrı ilə öz uğurlarını qazanmış, doğum tarixini təkcə ölkə tarixinin deyil, insanlıq tarixinin ən parlaq səhifələrindən birinə yazdıra bilmiş alimdir. Alim kimi alim və ən başlıcası, Adam kimi Adam. Yəni kəlmənin bütün anlamlarında İnsan!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 2 həftə əvvəl

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dostuyam

Məmməd Əvəzoğlu: Dostuyam

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com