19 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
1. Ana Səhifə
2. Gənclər və İdman
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA Gənclər və İdman

Tahir Süleymanov: Azərbaycan futbolunda sistemsizlik hökm sürür

1 il əvvəl 277 01

Tahir Süleymanov:

Azərbaycan futbolunda sistemsizlik hökm sürür

Yeni əsrdə texnoloji elmin dünyaya gətirdiyi internet/şəbəkə, söz azadlığı demokratiyası fonunda "Overton pəncərəsi" yanaşması, sosioloji konsepsiyası özünə geniş yer alıb.

İdeyaya uyğun olaraq, ictimai diskursda qiymətləndırmə dərəcəsi şkalası yaradılıb:

1. Ağlasığmaz

2. Radikal

3. Məqbul

4. Məntiqli

5. Standart

6. Mövcud norma.

Bəlli konsepsiyanın əleyhdarları olsa da, amerikalı alimin fikirləri, müasir dövrdə cərəyan edən xaotik düşüncə, kütlə tərzinin vahid "pəncərə" təfəkkürünə uyğunlaşdırılmasıdır. Sadə dillə yanaşsaq, pəncərə açıqdırsa, xəzri, gilavar küləyi evi tozanağa çevirəcək, dağıdacaq. Dünya çapında bunun daha dəhşətli tufanı, sunamisi də var. Yəni, söz demək imkanı anarxiyaya, xaosa yol açmamalı, ümumi senzura yoxdursa, daxili senzura, məsuliyyət önə çıxmalıdır...

Resad Bebirov:

İnsan kapitalı, idman sənayesi, və bazar

Özü özünü hərəkətə gətirə bilən mexanizmin qurulması və sistemləşdirilməsi.

Dünyanın dolaşıq maliyyə iqtisadi mexanizmlərindən baş çıxara bilən vətənpərvər sağlam beyinlərə ehtiyac var.

Tahir Süleymanov:

Hazırkı vəziyyətdə bunların futbolda tam həyata keçirilməsi çox ağır prosesdir.

Dünya/Avropa klub futbolunun ayaqda qalmasının əsas faktorlarından biri - teleyayımdan gələn gəlirlərdir. Bu sahədən ölkə klubları bir qəpik vəsait əldə etmir.

"Qarabağ"ın "Braqa" ilə oyununa minimal bilet satışı 5 manatdandır, narazılıq edilir. Əhalini, azarkeşləri başa düşmək olar, imkanlar məhduddur. Ehtiram Quliyevin səmimi etiraf etdiyi kimi, futbola sərmaye yatırılması barədə müraciətinə heç bir şirkət, imkanlı şəxs cavab verməyib/təəccüblənib. Avropada digər gəlir gətirəcək sahələr eyni qaydada. UEFA 5-6 il öncə klublarımıza ayrı-ayrılıqda uşaq futbolu üçün bir milyon vəsait ödədi, 90% legionerlərə xərcləndi, AFFA ört-bastır etdi.

Klubların avrokuboklarda çıxışları üçün sifariş vərəqində mütləq öz yetirmələri olmalıdır tələbi var, federasiya/PFL-də belə tələb irəli sürülmür....

Çox məqamlar var, yormayım sizi...

Bəli, ən önəmlisi - insan kapitalı!

QEYD. Sarı fonda verilən başlıqlar sosial şəbəkə ilə eynilik təşkil edir.

Fərdi yanaşma, subyektivlik labüddür/subyektiv düşüncələrin özü belə obyektivliyə, mövcud şəraitə, analizlərə söykənməlidir. Əks halda, "boğazdan keçməyən fikirlər" məsələlərin həlli yollarının axtarılmasına yox, kütləvi söz savaşına gətirib çıxarır, nəinki inkişafın təmin olunması, dağıdıcı qüvvəyə çevrilir.

Mart ayında AFFA Nizamnamə tələblərinə uyğun Hesabat-Seçki Konfransı keçiriləcək. Strateji olaraq, qarşıdakı 5-10 ildə Azərbaycan futbolunun gələcəyi, bu taleyüklü rəsmi seçkilərdən, çıxarılacaq qərarlardan asılıdır. Futbol ictimaiyyətinin bütün fikirləri, aparılan müzakirələr bu istiqamətə yönəlmək əvəzinə,

son günlər gündəmi ortalığa atılan limitli/limitsizlik mövzusu zəbt edib.

Heç bir hüquqi kökü olmayan Klublar Komitəsi AFFA/PFL-li(!) ayağına gətirərək Azərbaycan futbolunun "bəlasının" limit olduğunu isbat etməyə çalışıblar. Nə yaxşı ki, klublar arasında kəskin fikir ayrılığına görə, məsələ "dondurulub". Reallıqda isə, bu "ideyanı" ortaya atanlar məqsədlərinə nail olublar...

Çempionatın ən qızğın dövründə hansı klublar tələm-tələsik ölkə futbolunu "düşünür"? Büdcəsinə, imkanlarına, iddialarına görə liqanın ən uğursuz iki klubu - "Sabah", "Neftçi". Heyətində ən çox bahalı, aşırı qiymətə alınan, legioner yığını olan iki komanda... "İdman bizlik deyil" deyən rəhbər(lər), Azərbaycan futbolununun gələcəyi ilə bağlı "narahatlıq" keçirirlər. Məqsəd isə mövcud uğursuzluqları yaddan çıxarıb yayındırma manevridir. Təəssüf ki, federasiya, təşkilati qurum, bir sıra iş başında olan məşqçilər də tələyə düşür və ya belə "ideyaların" tərəfdarlarıdırlar.

İstənilən ölkə çempionatının, klub futbolunun əyani səviyyə göstəricisi avrokuboklardakı çıxışlar, nəticələrdir. Limitsiz, tam legionerli komandalarımızdan 4-dən minimum 3-ü qruplarda çıxış edəcək? Teleyayım müqavilələri, qapını döyəcək sponsorlardan, forma, bilet satışından milyonlar əldə ediləcək? 15-20 milyon xərcləyib, bəxt gətirərsə, 1-2 futbolçunu maksimum 3-5 milyona satıb büdcənin yeri doldurulacaq? Ancaq Ç.L.-n qrupu klublarımız üçün, bu vəsaitin kompensasiyasını təmin edir.

Azərbaycanı Avropa ilə müqayisə etmək doğru olmaz. Qitədə mexanizm kimi çalışan futbol industriyası ölkəmizdə mövcud deyil və yaxın illərdə olması da mümkünsüzdür. Konfransa bir ay qalmış belə müzakirələrin aparılması isə, yaxın 15-20 ildə də futbolumuzun dirçəlməsini şübhə altına alır.

Dünya futbol industriyasının gəlir mənbələri mütləq 4-5 faktora söykənir:

1. Baş sponsor, titul sponsor, sponsorlar

2. Teleyayım

3. Forma/atribut satışı

4. "Oyun günü" gəlirləri

5. Futbolçu alışı/satışı.

Və s....

Azərbaycanda futbol təsərrüfatı dövlət tərəfindən dəstək verilən sosial layihədir.

Ölkə futbolunda ancaq uşaq-gənclər sahəsində səmərəli fəaliyyətin, səbr edib 5-10 il gözləmək nəticəsində 3-5 futbolçu yetişdirilib satıla bilər... Və ya Azərbaycan futbolu nisbətən tranzit ölkəyə çevrilə, əsasən Afrikadan gətirilən ucuz/gənc futbolçuların püxtələşməsini təmin edib Avropa klublarına ötürə bilər. Təbii ki, bu da tam çıxış yolu deyil.

Azərbaycan futbolunda sistemsizlik hökm sürür. Şəxsi məqsədlər, vəzifə davaları, futbol iyerarxiyasında təsadüfi adamların olması, ölkə futbolunu çökdürüb, məhv edib. Limit/limitsizlik/millinin baş məşqçisi/infrastruktur/ uşaq futbolu/klub inkişafı daxil, məsələlərə kompleks yanaşılmalı, ölkə futbolu adına ümumi plan üzrə inkişaf proqramı hazırlanıb qəbul edilməlidir. Ayrı-ayrılıqda, pərakəndə müzakirələr, verilə biləcək qərarlarla bunların heç biri istənilən effekti verə bilməz. Bunun üçün, ilk növbədə AFFA-da ciddi islahatlara gedilməlidir.

Dövlətdən klublara illik 3.000 000 vəsait ayrılır.

Autsayder komandalarda legioner sayı ortalama 10-dur(!). Hər 5-6 aydanbir bir dəstə əcnəbi göndərilir, digərləri gətirilir. Dövlətin Azərbaycan futbolunun inkişafına ayırdığı vəsaitlə(!)... Bilənlər bilir, bilməyənlərin bilməsi daha məqsədəuyğundur. Təvazökarlıqdan özləri bunu dilə gətirməyə, reklam etməyə bilər, 3 milyonluq klublara paket layihəsini həyata keçirən, dəstək verən, daha yuxarılarda təsdiq etdirən AFFA deyil, Mikayıl Cabbarovun əməyidir. Klublarda məvacib alan "rəhbərlər" isə, bu vəsaitin legionerlərə xərclənilməsini təmin edirlər, hələ şikayətlərindən də qalmırlar. Ümumiyyətlə, dövlətdən ayrılan vəsaitin 100%-i infrastruktur, uşaq-gənclər futbolunun inkişafına yönəldilməlidir. Ən yaxşı halda sponsor tapılana kimi, maksimum maliyyə limitli olmaqla, 3-5 legionerin transferinə icazə verilə bilər.

Futbolumuzda azsaylı sponsorlardan biri olan, şəxsi vəsaitini əsirgəməyən, qayğı göstərən Ehtiram Quliyev və ya digərləri legioner alınmasına öz pulunu xərcləyirsə, buna heç kim söz deyə bilməz. Dövlətin ayırdığı vəsait Azərbaycan xalqına məxsusdur və öz futbolçularımızın yetişməsinə xərclənməlidir.

Necə ki, Danimarkada dövlət tərəfindən stadionlar inşa edilir, infrastruktur yaradılır, güzəştli şərtlərlə klublara icarəyə verilir, uşaq-gənclər futboluna maliyyə ayrılır. Peşəkar klubların fəaliyyəti isə ancaq sponsor/sərmayəçilər üzərində qurulur.

Azərbaycan futbolunun dirçəlməsi yolunda öncə doğru kadr islahatları yolu tutulmalı, futbolu bilən insanlara üstünlük verilərək işlək mexanizm sistemi yaradılmalıdır. Kor-koranə Avropa modellərindən istifadə edilməsi də yolverilməzdir. Daxili futbol ənənələrinə, şəraitə, mental dəyərlərə uyğun məqbul və inkişafı təmin edəcək idarəçilik mexanizminin formalaşdırılması şərtdir. Diletant, peşəkar futbolun ruhunu bilməyən, dost-tanış vasitələri ilə futbol vəzifələrinə gətirilən federasiya/klub "rəhbərləri" ilə Azərbaycan futbolunun dirçəlməsi mümkünsüzdür!

Bu gün problem limit/limitsizlik məsələsi deyil, ölkə futbolunda illərdi ümumi futbolla yanaşı uşaq-gənclər futboluna marketoloqların, futbola heç bir aidiyyatı olmayan insanların rəhbərlik etməsi müzakirə olunmalıdır. "Futbolçu yoxdur" deməklə iş bitmir! 200 min futbolçunun kağız üzərində AFFA-da qeydiyyatdan keçirilməsi araşdırılmalıdır. Federasiya/klubların işbirliyi nəticəsində son 10 ildə 10 yaşlı uşaqların 20 yaşında artıq yetgin futbolçulara çevrilməli idilər. Niyə keyfiyyətli futbolçular hazırlanmayıb, indi imdad çəkilir?!

Təhlillər düzgün istiqamətdə aparılmalıdır.

Qrupları təmin edən klublarımız heyətdə həmişə yerli futbolçulardan yararlanıb, çəkinmədən gənc futbolçuları əsas heyətdə oynadıb. Vaxtilə "arazlarımız, cavidlərimiz, seyidlərimiz, emillərimiz var" ifadəsinə görə gecə-gündüz tənqid olunurduq. Bu gün maaş davası edən eddilərin ümidinə qalınıb. Niyə yeni futbolçu nəslinin davamı gəlmədi?! Niyə "Sabahın ulduzları" layihəsinin qarşısı mənəviyyatsızcasına alındı?! Bunlar təhlil edilməlidir...

Bu gün "Qarabağ" bəhlulları, elvinləri, toralları çəkinmədən heyətə qatır, nəticələr qazanır, Qurban Qurbanov demir ki, legioner limiti artırılmalı və ya ləğv edilməlidir. Bəhlulun İmişlisi, Qəbələsi, Rahilin "Neftçi"si, Toralın "Xəzər Lənkəranı", Elvinin "İnter"i, Sumqayıtı müzakirə mövzusu olmalıdır. Son on ildə futbolda olanlar nə işlə məşğul olublar ki, yerli istedadlar qeybə çəkilib?! 90-larda, yeni əsrin ilk illərində nəinki akademiyalar, normal meydanlar yox idi. Bu gün klublarımızda çalışan baş məşqçi/məşqçilərin böyük əksəriyyəti futbolçu kimi, o illərdə yetişiblər. Hazırda şərait daha yaxşıdır, niyə futbolçu yoxdur?!

Çıxış yolu limitin aradan götürülməsidirmi? Limit o vaxt müzakirə edilər ki, futbol təsərrüfatı konveyer kimi çalışsın, istedadlar ilbəil sayını artırsın, təbii rəqabət yaransın, yaradılsın, uşaq yarışlarının keyfiyyəti artırılsın, bu sahəyə baxış kökündən dəyişilsin. Bu gün limitin aradan götürülməsi aldadıcı, bəhanə, dövlət vəsaiti hesabına rahat yolun gedilməsi, dövranın sürülməsidir. Sabah nə olar, olar...

Azərbaycan futbolu tək şəraitsizliyı, infrastrukturun zəifliyi, yaradılmamasına görə çökdürülməyib. Top çiləmə düşüncəsindən tutmuş, əvəzedicilərin 3-5 illik birinci dəstəyə sürgününə, yaş limiti ilə bağlı hər keçən il bir təvəllüdllü olan futbolçuların cinayətkarcasına aradan götürülməsi və digər bu tipli yanaşmalar olub.

Eddilər güya ona görə milliləşdirilirdilər ki, xaricdə oynayırlar. Nə baş verdi? Futbolçu yetişdirmək əvəzinə, yerli futbol cavabdehləri, işbazları sayəsində onların hamısı Azərbaycana gətirildi. İndi də deyilir ki, limit aradan götürülsə, yerli futbolçilar məcbur olub xaricə gedəcək. Futbolçu var? 3-5 üzdə olanı getdi, sonra nə baş verəcək? Tükənəcək! Futbolçu yetişdirilmədən, klublarda oynadılmadan necə xaricə üz tutula bilər? Uşaq yaşlarından Avropa akademiyalarına aparılan 30-40-50 istedadla iş düzəlməz, bu, işlək sistemin bir qolu olmalıdır. 10 milyonluq Azərbaycan tək Bakıdan, 30-40 yeniyetmədən ibarət deyil.

Hər bir subyektiv fikir hörmətə layiqdir. Bununla paralel, üstünlük "pəncərəyə", işi bilənlərə verilməlidir, süzgəcdən keçirilməlidir, məsləhətlərə qulaq asılmalıdır, müzakirələr mübahisələrə yox, fikir mübadilələrinə çevrilməlidir. Anarxiyanın hökm sürdüyü mühitdə, doğru yolun gedilməsi müşkülə çevrilir, futbolda kök salmış təsadüflər kütlə psixologiyasından öz məqsədləri üçün məharətlə istifadə edirlər. Buna uyulmamalıdır!

Azərbaycanda çıxış edən legioner futbolçuların maksimum 10-15%-i ustalıq səviyyələrinə görə tələblərə cavab verir. Onların böyük əksəriyyəti ölkə klublarını qruplara daşıyacaq gücdə deyillər. Legioner seçimlərində kəmiyyətə, saya yox, keyfiyyətə üstünlük verilməlidir... Ki, salyanskilər meydanda şans qazanıb futbol oynaya, püxtələşə bilsinlər. Bunun üçün futbolu bilməklə yanaşı Vətən sevgisi, öz övladlarımızın dəyərinin bilinməsi, ürək lazımdır. Necə ki, torpaqlarımızı müqəddəs pasportumuzu daşıyan ozobiçlər, almeydalar, eddilər, onlara havadarlıq edənlər yox, məhəmmədlər, əlilər, hüseynlər canlarından keçərək azad etdilər. Canlarından keçdilər ki, öz balalarımız böyüsün, yetişsin, dövlətin, xalqın vəsaiti "limitsiz"lərə xərclənməsin...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Zelim Kotsayev dünya üçüncüsü olaraq çempionluq titulunu itirib

Zelim Kotsayev dünya üçüncüsü olaraq çempionluq titulunu itirib

John Doe 4 saat əvvəl

Azərbaycandan sonra Gürcüstanda UFC turniri keçirilə bilər

Azərbaycandan sonra Gürcüstanda UFC turniri keçirilə bilər

John Doe 4 saat əvvəl

Atların şousu, avtomobillərin sərgisi keçiriləcək

Atların şousu, avtomobillərin sərgisi keçiriləcək

John Doe 10 saat əvvəl

Azərbaycan komandası DÇ-2025-də 12-ci pilləyə yüksəlib

Azərbaycan komandası DÇ-2025-də 12-ci pilləyə yüksəlib

John Doe 10 saat əvvəl

Olimpiya çempionu Zelim Kotsayev tatamiyə çıxacaq

Olimpiya çempionu Zelim Kotsayev tatamiyə çıxacaq

John Doe 10 saat əvvəl

Azərbaycan klubu tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcək

Azərbaycan klubu tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcək

John Doe 18 saat əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com