Yeniyetmə və gənc boksçularımız "Drakula" turnirinə qatılıblar
Bu gün Rumıniyanln Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında "Drakula" beynəlxalq turnirə start veriləcək. Fevralın 18-dək davam edəcək bu turnirdə Azərbaycan boksçuları da rinq döyüşünə çıxacaqlar. Azərbaycan iki turnirdə 23 boksçu ilə təmsil olunacaq.
Baş məçqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədovun rəhbərlik etdiyi yeniyetmələrdən ibarət yığmanın heyətində Əli Məmmədov (46 kq), Zakir Həsənzadə (48 kq), İsmayıl Rzayev (50 kq), Bağır Əmirxanlı, Raul Heydərli (hər ikisi 52 kq), Sübhan Babayev (54 kq), Haqverdi Həsənov, Tamerlan Əlimzanov (hər ikisi 57 kq), Nurlan Abışov (60 kq), Kənan Aslanlı (63 kq), Valeh Eyvazlı (66 kq), Rza Rzayev (70 kq), İsmayıl Vəliyev (75 kq), Əmir Abbasov (80 kq) və Səftər Məmmədzadəni (+80 kq) yer alıb.
Sözügedən turnirə baş məşqçii Elburus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında qatılan gənclər yığmasının heyətinə isə Bilalhəbəşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 54 kq), Elbrus Kərimli (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Abbasqulu Şadlinski (67 kq) və Ziya Həsənov (71 kq) cəlb edilib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 17-18 fevral günlərində turnirdə həlledici final döyüşləri keçiriləcək. Komandamız ertəsi gün Vətənə qayıdacaq. Qeyd edək ki, daha bir həmyerlimiz - Qalib Əbiyev isə turnirdə hakimlər arasında yer alacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.