Asif Rüstəmli:
CÜMHURİYYƏT MUZEYİNDƏN ZƏNG
- Alo, Salam.
- Salam.
- Cənab nazir Həmid bəy Şaxtaxtlıdır?
- Hayr, onun müavini Nur Məhəmməd Şahsuvarovdur!
- Axı mən 9-44-ə zəng etmişəm... Birinci Realnı məktəbin binasına...
- Hayr,, Siz 57-77-yə düşmüsünüz... Birinci Qız gimnaziyasına – deyib, Aleksandr Qraham Bellin ünvanına bir neçə “sevimli” kəlmələrindən işlətdi...
- Bağışlayın, Cümhuriyyət muzeyindən zəng edirəm, cənab Şahsuvarov. Çox sağ olun ki, zəngimi qapamadınız. Sizin nazir müavini işlədiyiniz müəssisənin bu gün heç sektor müdirinin katibəsi də mənə cavab verməzdi... Sizə bir sualım var.
- Dayan, dayan! Cümhuriyyət muzeyi dedin? O haradadır?
- Coğrafi baxımdan Qız gimnaziyasına yaxındır, amma vaxt nisbəti ilə 105 illik zaman məsafəsindədir.
- Paho... Nə uzun oldu?! Yaxşı, yaxşı. Sualını ver! Burada bərk Şimal küləyi əsir... İndi əlaqə kəsilə bilər...
- Rəhbərlik etdiyiniz nazirlik iki dəfə Dövlət Himni ilə əlaqədar müsabiqə elan etmişdi...
- Evet, evet. Müsabiqənin yekunu 1 may tarixində olmalı idi. Malesef 27 nisanda XI Bolşevik çeteleri Hökumətimizi yıxdı... ölkəmizi işğal etdi...
- Deyirsiniz Dövlət Himnini rəsmi qəbul etməyə vaxtınız yetmədi?
- Malesef...
- Axı bizim onlarla alimərimiz WOS-da, Scopus-da nəşr etdirdikləri elmi məqalələrində yazırlar: “Cümhuriyyətin dövlət himni rəsmi qəbul edilmişdir”. Bu məsələ o qədər dərinə gedib ki, Sizin sözünüzü onlara çatdırsam da, düzəliş mümkün olmayacaq. Olarmı ki, Siz son protokolunuzda düzəliş edəsiniz: “Cümhuriyyət dövlət himnini qəbul etdi.” Bununla da alimlərimizin plagiat mülahizələri təsdiqini tapar və onlar sizin də ruhunuza dua oxuyarlar. Bir də Himnin sözlərinin həqiqi, halal müəllifi kimdir?
- Birinci sualınızla bağlı gərək Həmid bəylə məsləhətləşim. İkinci məsələ barədə... (Səs kəsildi. Bir müddətdən sonra) ... gəzirsiniz... (zorla eşidildi).
- Sizə yenə zəng vurmaq olarmı?
- ... Olar – dedi və Şimal küləyi əlaqəmizi birdəfəlik kəsdi...
Bakı, 07.02.2024
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.