AÇ-ya gedəcək ağır atletlərimiz müəyyənləşib
12-20 fevral günlərində Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Artıq bu çempionatda iştirak edəcək Azərbaycan komandasınin heyəti müəyyənləşib. Ölkəmiz sözügedən turnirdə biri qadın olmaqla 9 atletlə təmsil olunacaq. Heyətə kişilərdən Tehran Məmmədov, İsa Rüstəmov ( hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Fuqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109kq) cəlb edilib. AC-da yeganə qadın təmsilçimiz isə Nazilə İsmayılova (45 kq) olacaq.
Xatırladaq ki, yiqmamiz əvvəlcə Türkiyədə yerli idmançılarla, daha sonra isə Asiya çempionatına hazırlaşan ozbəkistanli idmançılarla Bakıda birgə təlim-məşq toplanışında olublar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.