Nazilə Kiçiliyeva:
Düşüncələrimi kimsə əlimdən ala bilməz.....
Ulduz-ulduz doğranıb, ömrümə- günümə qənd tozu tək səpələnmisən,ümid,ay ümid. Bir az sevincli,həsrət tamlı,bir az hicran ağrılı, bir az qüssə qoxulu. Zülmət gecədə təsəlli ətirli bir kəhkəşan-ümid,ay ümid. Elə olub ki, sənin ətəyindən tuta-tuta dağ aşmışam, dərə keçmişəm, arzulara,istəklərə çatmışam, kövrəlmişəm. Qüssə ürəyimin tellərində min hava çalıb. Bu dəmdə səni görmüşəm, ürəyimin gözü ilə görmüşəm, ümid,ay ümid.
İndi ömür yarı, saç ağarır,arzu da çox.Qalmışam sən qalan yollarda, ümid, ay ümid.
Hər gün ömrümüzdə ilk səfər başlanır, ümidə doğru.Gedirik,zümrüd quşu kimi, öz nəğməkar dünyamızın işığının ardınca.
Qatar gedir, vaqonlar relslərdə bizə tanış olan mahnı çalır. Vaqonlar da bizim arzularımız kimi uzanır, işığa sarı. Qatar gedir, hər vaqon özü ağırlığında gözəl-gözəl, şirin-şirin ümid aparır......
Nazilə Kiçiliyeva
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.