Elman Eldaroğlu:
Şaiq Vəlinin anım günüdür
Təqvim 2008-ci il, may ayının 23-nü göstərirdi. Sumqayıtda yaşayıb yaradan bir qrup şairlə Yardımlı məktəblilərinin görüşünə getmişdik. Rəhmətlik Şaiq Vəli də bizimlə idi. Görüşdən sonra "Gavran bağı"nda nahar edib, Dəlləkli kəndinə, rəhmətlik Bafadin dayımgilə üz tutduq. Axşamı orada gecələyib, sabah geriyə- Sumqayıta qayıtmalıydıq. Yaxşı yadımdadır, süfrə arxasında əyləşərək deyib gülür, növbə ilə hər kəs şeirlərindən söyləyirdi. Qonaqlar Dəlləkli kəndinin əsrarəngiz gözəlliyinə heyran qalmışdılar. Təzə çiçəkləmiş ağacların ətri ətrafı bürümüşdü. Oturduğumuz eyvandan açılan mənzərə bir başqa aləm idi. Gecə yarı olsa da Şaiq Vəli şirin zarafatları ilə hamını güldürür, sanki yatmağa qoymurdu. Necə deyərlər, həmin səhərin necə açıldığını heç birimiz hiss etmədik.
İndi o vaxtdan 16 il keçir. On bir ildir ki, Şaiq Vəli aramızda yoxdur. 6 fevral 2013-cü il tarixində 62 yaşında ikən haqqa qovuşub…
Xatırladım ki, şair Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdu…
Yeri behişt olsun!
Elman Eldaroğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.