Rafael Hüseyn:
DOKTORANTLARLA GÖRÜŞ
Onlar yolu davam etdirənlərdir.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində doktorantura təhsilini bu yaxınlarda başa vurmuş, doktoranturada araşdırmalarını davam etdirən, növbəti qəbula sənədləri hazırlananların sayı 100-ü keçir. Hələ neçə gənc doktorantımız son illərdə dissertasiyalarını uğurla müdafiə ediblər.
Bunların bir qismi muzeyin öz əməkdaşları olsa da, əksəriyyəti Bakıdan və respublikanın müxtəlif bölgələrdən olan qabiliyyətli cavanlardır.
Nizami muzeyində əvvəllərdə aspirantura təhsili olmamışdı və dərəcəli əməkdaşların sayı barmaqla sayılacaq qədər az idi, hamısı da yaşlı insanlar.
2000-ci illərin əvvəllərində muzeydə aspiranturanı təşkil etdik, ardınca isə doktoranturamız da oldu, muzeydə 4 ixtisas üzrə filologiya üzrə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilən dissertasiyaların müdafiəsini təşkil edən Dissertasiya Şurası da fəaliyyət göstərməkdədir.
İndi muzeyin bütün elmi şöbələrinə rəhbərlik edən alimlər arxada qalan iki onil içərisində yetişdirdiklərimizdir.
Mütəmadi olaraq doktorantlarımızı toplayır, zəruri məsləhət və tövsiyyələrimizi edir, əsərlərinin çapına köməyimizi göstəririk.
Fevralın 2-də muzey doktorantlarının bir qismi ilə növbəti elmi seminarımız oldu. Hər biri ilə mövzuları və problemləri ilə bağlı müfəssəl söhbət aparıldı.
Məqalələri muzeyin elmi əsərlərində dərc edilmiş bir sıra doktorantlarımıza elmi dərgimizin nüsxələri hədiyyə edildi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.