Vahid Qazi:
Bir cənub şəhərinin yubilyarına
Rüstəm İbrahimbəyov Azərbaycanın visit kartlarındandır.
Tək postsovet məkanında deyil, dünyanın hər yerində kino ictimaiyyəti ölkəmizi Rüstəm İbrahimbəyov simasında görür.
Özü də tək kino ictimaiyyəti yox!
Cingiz Ali:
R. İbrahimbəyov yaxşı yazıçı, senarist ola bilər. Ancaq onu heç kim zorla dartıb siyasətə çəkmədi. Bilərəkdən özünü siyasətə qoşdu və millətə zərbə vurdu. Məsuliyyətsiz adamdı.
Vahid Qazi:
Çingiz bəy, fikrinizlə onda razı olardım ki, siyasətçilər işlərini uğurla başlayıb, uğurla bitirələr, ziyalılardan umacaqlı olmayalar, yaradıcı adamlar da vaxtlarını yaradıcılığa həsr edələr.
Cingiz Ali:
Vahid Qazi bəy, hər halda məlumatınız olmamış olmaz ki, Rüstəm proyekti İ. Qəmbərin namizədliyinin qabağını almaq üçün ortaya atılmış gediş idi.
Vahid Qazi:
Cingiz Ali bəy, nəsə mən o söhbətə o vaxt da inanmadım, indi də inanmıram.
Kubaya ilk səfərimdə özümlə xeyli kitabla yanaşı çoxlu film də aparmışdım. Növbəti gedişimdə eşitdim ki, Kuba müxalifətçilərinin ən çox bəyənib arzuladığı iki filmdən biri Rüstəm İbrahimbəyovun həmmüəllifi olduğu “Şərq-Qərb” filmidir. O biri film isə Donnersmarkın 2006-cı ildə çəkdiyi “Ştazi” dövrünün Almaniyasından bəhs edən “Özgələrin həyatı” idi.
Mən “Şərq-Qərb” filmindən danışan vaxtlarda Rüstəm İbrahimbəyov Kubanın dissidentləri, müxalif intellektuallarının gözündə Azərbaycanın canlı obrazı olurdu.
İş elə gətirdi ki, o səfərlərdən “Çamayra. Kuba dəftəri” adlı bir kitab ərsəyə gəldi. Və Rüstəm müəllim o kitaba ön söz yazdı. “Yaradıcı böhran” ovqatlarında adama inam aşılayan, ruh verən dopinq sözlərdən ibarət güvənc yazısı da deyərəm ona.
Dünənədək adını belə eşitmədiyi bir yazı-pozu adamının əlyazmasını oxuyub rəy bildirməsi korifey yazıçının sadəlik nümayişi idi, mənə görə. Bu dəfə onu başqa yöndən tanıdım.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.