Eden Azar özünü Messi və Ronaldu ilə müqayisə edib
Londonun "Çelsi" klubunun və Madrid "Real"ının sabiq belçikalı yarımmüdafiəçisi Eden Azar özünü hazırda "İnter Mayami"də forma geyinən argentinalı forvard Lionel Messi və Səudiyyə Ərəbistanının "Əl-Hasr" klubunda çıxış edən portuqaliyalı hücümçu Kriştianu Ronaldu ilə müqayisə edib.
33 yaşlı belçikalı futbolçu "L’Equipe" nəşrinin "Bu cütlükdən hansı daha talantlıdır?" deyərək ona ünvanladığı sualı belə cavablandırıb: "Fərdi oyuna görə, Messi yeganə oyunçudur. O, həqiqətən də futbol tarixinin nəhəngidir. Onu "Barselona"da həmişə izləmişəm. Ümumiyyətlə, ondan topu almaq mümkün deyil.
Ronaldu isə mənimlə müqayisədə bir qədər görkəmlı futbolçudur. Açığı deyim ki, onun məndən yaxsı olduğunu heç də düşünmürım" - Azar belə deyib.
Xatırladaq ki, belçikalı futbolçu ötən ilin oktyabr ayında karyerasını bitirməsini elan edib. O, "Çelsi" və "Real"la yanaşı, Fransanın "Lill" klubunda da forma geyinib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.