"Xəzri" səfərdə "NTD-İndiqo"nu məğlub edərək liderin şəriyinə çevrilib
Bu gün kişi basketbol klublarının mübarizə apardığı ABL-nın müntəzəm çempionatında keçirilən daha bir oyunla 13-cü tura yekun vurulub. Turun son oyunu Xaçmazda yerli "NTD-İndiqo" ilə "Xəzri" arasında baş tutub. Yeri gəlmişkən bu oyunadər rəqiblər hərəyə 22 xalla yarış cədvəlində qonşu olaraq 2-3-cü yerləri bölüşürdü. Birinci pillədə isə 24 xalla "Sabah" məskunlaşmışdı. Haqqında bəhs etdiyimiz oyun qonaq komandanın qələbəsi ilə başa çatıb - 85:89 (20:17, 19:20, 22:33, 24:21). Bu qələb sayəsində aktivindəki xalların sayını 24-ə çatdıran "Xəzri" çempionatın vahid lideri olan "Sabah"ı haqlamaqla onun şəriyinə çevrilib. Bununla da yarış cədvəlinin liderlər qrupunda ikihakimiyyətlilik yaranıb. Bəlli oyunun ən yaxşı oyunçusu isə 32 xal toplayan Amil Həmzəyev ("Xəzri") olub.
Turun bundan əvvəl keçirilən digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
Xırdalan - Gəncə - 93:87;
Sərhədçi - Sabah - 71:96;
Neftçi - Sumqayıt - 113:96;
Cəlilabad - Şəki - 90:86.
Коmandaların turnir vəziyyəti:
Комаnda | O | Q | M | T-F | X |
Sabah | 13 | 11 | 2 | +197 | 24 |
Хəzri | 13 | 11 | 2 | +104 | 24 |
NTD-İndiqo | 13 | 10 | 3 | +176 | 23 |
Neftçi | 13 | 9 | 4 | +67 | 22 |
Хırdalan | 13 | 8 | 5 | +42 | 21 |
Sərhədçi | 13 | 5 | 8 | -40 | 18 |
Cəlilabad | 13 | 5 | 8 | -46 | 18 |
Gəncə | 13 | 3 | 10 | -101 | 16 |
Sumqayıt | 13 | 3 | 10 | -125 | 16 |
Şəki | 13 | 0 | 13 | -276 | 13 |
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.