21 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

2 il əvvəl 311 01

BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan ümidi, cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsidir. Azərbaycan gəncliyi isə həm də xalqımızın Zəfər tarixini öz qanı, canı ilə yazan gənclikdir. 27 il bundan öncə Ulu Öndərin imzaladığı Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd edilir. Bütün dünyaya nümunə olan bu addımdan xeyli sonra BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan olunub. Məhz Ümummilli Liderin müdrikliyi və uzaqgörənliyi sayəsində dövlətimizin gənclər siyasətinin zəruri qanunvericilik bazası yaradılıb, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar, qanunlar qəbul edilib. Bütün bunlar gənc nəslin cəmiyyətdə mütəşəkkil qüvvəyə çevrilməsində, ictimai fəallığının yüksəldilməsində, dövlət idarəçiliyinə cəlb edilməsində və məşğulluğunun təmin olunmasında mühüm rol oynayıb.

Əliş Ağamirzəyev qeyd edib ki, ölkədə gənclər siyasətinin bir mərkəzdən idarə olunması üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərmanın imzalanması Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısının təzahürü idi. 2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” Qanun da bu istiqamətdə görülən ən mühüm işlərdən biridir: “Ölkəmizdə gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Yetişməkdə olan nəslin təhsili və mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, dövlətə və xalqa sadiqlik ruhunda formalaşması, sosial müdafiəsi istiqamətində atılan addımlar buna bariz nümunədir. Azərbaycan gəncliyi ilə bağlı müxtəlif Dövlət proqramları qəbul edilib, 2007-ci il “Gənclər ili” elan olunub, 2011-ci ildə Gənclər Fondu yaradılıb. 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olunub, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və s. mühüm sənədlər təsdiqlənib. Müstəqil Azərbaycanın gənc nəsli Vətənə və xalqa sevgisi, dövlətə sadiqliyi, milli adət-ənənələrə, dəyərlərə bağlılığı ilə seçilir. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri oldu. Xalqımızı otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşduranlar məhz Müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli rəhbərliyi altında döyüşən gənclərimiz oldu. Bu gün gənclərimiz suverenliyi tam bərpa edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərində yaxından iştirak edirlər”.

Prorektor vurğulayıb ki, 105 yaşlı BDU bu gün dövlətimizin uğurla həyata keçirdiyi gənclər siyasətinin gerçəkləşməsi, könüllülük fəaliyyətinin genişlənməsində yaxından iştirak edir. 2020-ci ildə ölkənin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsi yaradılıb. Hazırda BDU-da 5 gənclər təşkilatı fəaliyyət göstərir. BDU tələbələrinin elmi potensiallarının üzə çıxarılması istiqamətində yüksək nailiyyətlər əldə edən Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, gənclər siyasətinin və könüllülük fəaliyyətinin təşviqini həyata keçirən “BDU könüllüləri”, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyıti  ölkəmizdə gənclər siyasətinə öz layiqli töhfələrini verir”.

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Ləman Salmanova, Filologiya fakültəsinin II kurs tələbəsi, “Heydər Əliyev adına təqaüd”çü Mehrəngiz Qurbanova çıxışlarında Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər.

Tədbirdə BDU-nun 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub. Həmçinin Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetinin keçirdiyi ali məktəb tələbələri arasında II Beynəlxalq Kimya Olimpiadasında fərqlənən 6 BDU tələbəsi təltif edilib.

Daha sonra tədris göstəricilərinə görə fərqlənən və BDU-nun ictimai həyatında fəal iştirak edən 34 tələbəyə, BDU-nun gənclər təşkilatlarının 20 üzvünə təşəkkürnamələr təqdim olunub.

Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

Tədbirin sonunda BDU-nun Vətən müharibəsində şəhid olmuş tələbə və məzunlarının xatirəsinə həsr olunmuş lövhənin qarşısına əklil qoyulub.  Məlumat lövhəsi BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə yaradılıb.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

John Doe 5 gün əvvəl

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

John Doe 1 həftə əvvəl

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlı xatirə gecəsi keçirildi

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlı xatirə gecəsi keçirildi

John Doe 2 həftə əvvəl

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

John Doe 2 həftə əvvəl

Kitablar səltənətinin inciləri: Əzizə Cəfərzadə “Cəlaliyyə” romanı

Kitablar səltənətinin inciləri: Əzizə Cəfərzadə “Cəlaliyyə” romanı

John Doe 2 həftə əvvəl

Kitablar səltənətinin inciləri: Xurşidbanu Natəvanın  “Qərənfil” şeiri

Kitablar səltənətinin inciləri: Xurşidbanu Natəvanın  “Qərənfil” şeiri

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

İlham Əliyevin iştirakı ilə Bakıda İslam...

18 iyun 2026 15:57:58
• Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib}

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfran...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com