Bəybala Mirzəyev:
Bakı avropalı siyasətçilər üçün sanki lakmus kağızıdır
Bax belə. Köpək qızı Bakıya gələn kimi ağıllandı və haqqı dilə gətirdi.
İrəvanda Azərbaycanı "asıb kəsən" Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova-Adamova bu gün Bakıya gələndən sonra jurnalistlərə açıqlamasında fikirlərinin yanlış anlaşıldığını vurğulayıb və qeyd edib ki, o, heç vaxt Qarabağın Azərbaycana məxsus olduğunu inkar etməyib:
"Mən heç vaxt şübhə etməmişəm ki, Qarabağ Azərbaycandır. Heç vaxt! Vacib olan gələcəyə baxmaqdır, bu, həmişə vacibdir. Hesab edirəm ki, indi regionda bütün ölkələr arasında münasibətlərin inkişaf etdiyi bir dövrdür və bu, hamımız üçün vacibdir”.
İndi biz bu qadının nə qədər səmimi olduğunu və "İrəvanda bir söz, Bakıda ayrı söz" taktikasından istifadə edib-etmədiyini onun Praqaya qayıdışından sonrakı davranışından, verəcəyi açıqlamalarından biləcəyik.
Hələlik isə əsas odur ki, çex spikerin Qarabağın Azərbaycana məxsus olduğunu birmənalı olaraq vurğulaması onun İrəvanda söylədiklərini qüvvədən saldı və bu da erməniləri ciddi şəkildə məyus edəcək.
P.S.
Bakı avropalı siyasətçilər və diplomatlar üçün sanki bir lakmus kağızıdır. Onlar İrəvanda nə söyləmələrindən asılı olmayaraq Bakıya gələn kimi həqiqəti dilə gətirməyin vacib olduğunu anlayırlar. Bakı onların gerçək simasını üzə çıxarmaq üçün həqiqətən də ideal məkandır. Və yaxud, həqiqətin etiraf edildiyi sonuncu instansiyadır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.