Elşad Barat:
Şəhid Əmrahov Eminə həsr olunmuş şeir
Şəhid Natiq Sədiyevin qızı Nəcmiyyə xanımın istəyi ilə şəhid Əmrahov Emin Əvəz oğluna bu şeiri yazdım.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Dağ kimi yeridi düşmən üstünə,
Ürəyi dağ boyda olan şəhidim.
Bütün şəkilləri, qəhrəmanlığı,
Vətənə xatirə qalan şəhidim.
Adı Emin idi, özüysə əmin,
Vətən işğalına son qoyulacaq.
Onun tək qəhrəman igidlər haqda,
Hələ çox yazılıb, çox duyulacaq.
İndi də biz onu yad eləyirik,
Bilirəm, hardansa izləyir bizi.
Bütün şəhidlərin ruhu belədir,
Xalq kimi zəfərə səsləyir bizi.
Kənardan izləmək və toxunmamaq,
Bilirəm, səninçün necə çətindir.
Bil ki, dörd övladın və sənin adın,
Bu qalib vətənə əmanətindir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.