Fikrət Şiriyev:
Cümşüd Zülfüqarlının doğum günüdür
Bu gün görkəmli alim, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı (1951-1952), Qeyri-üzvi kimya kafedrasının müdiri (1957-1980), Azərbaycan SSR EA-nın(indiki AMEA-nın) müxbir üzvü (1968), Əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Cümşüd Zülfüqarlı(1905-1982) anadan olmuşdur.
Cümşüd İsmayıl oğlu Zülfüqarlı 1905-ci il yanvarın 30-da İrəvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin(indiki BDU) Peda¬qoji fakültəsinin təbiət şöbəsini bitirmiş (1930), 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1963-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1960-cı ildə professor elmi adını almışdır.
1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
C.Zülfüqarlı Bakı Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedra¬sının dosenti (1945-1957), Kimya fakültəsinin dekanı (1951-1952), Qeyri-üzvi kimya kafedrasının müdiri (1957-1980) vəzifələrində çalışmışdır.
C.Zülfüqarlının rəhbərliyi ilə Azərbaycan, Tacikistan, Gürcüstan, Dağıstan və Volqoqrad vilayətinin müxtəlif təbii obyektlərində mikroelementlərin yayılması öyrənilmişdir. Aparılmış tədqiqat nəticəsində kaustobiolitlərdə, lay sularında və süxurlarda mikroelementlərin yayılmasının xarakteri, onların birləşmə forması və korrelyativ qarşılıqlı əlaqələri haqqında çox qiymətli məlumat əldə edilmişdir. Neftin yaşından asılı olaraq, onun üzvi və heterogen komponentləri, habelə cüt-cüt götürülən elementlər arasındakı qarşılıqlı əlaqəni göstərən qanunauyğunluqlar aşkar edilmişdir.
C.Zülfüqarlı müxtəlif regionların neftlərindəki porfirinlər və onların metal kompleksləri haqqında çox maraqlı məlumat əldə etmiş və bu maddələrin mənşəyinə dair əsaslandırılmış hipotezlər irəli surmüşdür.C.Zülfüqarlının rəhbərliyi ilə yarimkeçiricilər kimyası sahəsində apa¬rılan tədqiqatların mühüm əhəmiyyəti olmuşdur. Bu birləşmələr sırasına aid xeyli yeni maddə sintez edilmişdir. Onların hərtərəfli öyrənilməsi nəticəsində bəlli olmuşdur ki, yarimkeçirici xassəsinə malik olan bu birləşmələrdən geniş miqyasda istifadə edilə bilər.C.Zülfüqarlı tərəfindən buruq sularından yodun alınmasının orijinal üsulu hazırlanmışdır. Ana dilində kimya terminologiyasının yaradılmasında xüsusi xidmətləri olmuşdur. C.Zülfüqarlının 300-dən çox çap olunmuş elmi əsəri, o cümlədən 4 monoqrafiyası vardır.
C.Zülfüqarlı Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, “Qırmızı ulduz” ordeni, “Döyüş xidmətinə görə”, “Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə”, “Qafqazın müdafiəsi uğrunda”, “Budapeştin alınması üçün” və “Vyananın alınması üçün” medalları ilə təltif edilmişdir.
AMEA-nın müxbir üzvü Cümşüd Zülfüqarlı 1982-ci ildə Bakıda vəfat etmişdir.
Allah rəhmət eləsin.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.