"Murov Az Terminal"la "Abşeron" qarşılaşacaq
Bu gün qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında üçüncü dövrəyə start veriləcək. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, gün ərzində iki oyun keçiriləcək. Hər iki oyun Bakı Voleybol Mərkəzində baş tutacaq. İlk oyunda "Gəncə" ilə "Milli Aviasiya Akademiyası" klubu qarşılaşacaq (oyun saat 15:00-da başlayıb).
Günün ikinci matçında isə yarış cədvəlində 23 xalla ikinci pillədə yer alan "Murov Az Terminal"la 21 xalla üçüncü pillədə qərarlaşan 'Abseron" münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Görüş saat 18:00-da başlanacaq.
Sabah isə daha bir oyunla üçüncü dövrənin ilk turuna yekun vurulacaq. Söhbət yarış cədvəlinin vahid lideri "Azərreyl"lə (24 xal) UNEC arasında baş tutacaq oyundan gedir. Görüş saat 18:00- da UNEC-in idman zalında başlayacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.