GÜLƏŞ
-------------
Bakıda hərbiçilərin güləş üzrə 36-cı dünya çempionatına start verilir
Bu gün paytaxt Bakıda hərbçilər arasında güləş üzrə sayca 36-cı dünya çempionatına sərbəst güləşçilərin və qadınların çıxışı ilə start verilir. Qeyd edək ki, "Sərhədçi" İdman Kompleksində 7 gün davam edəcək bu mundialda ev sahibi olan Azərbaycan 36 idmançı ilə təmsil olunacaq. Mundialın bu günə təsadüf edən startında 7 güləşçimiz mübarizəyə qatılacaq. Bu yeddilikdə isə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), İbrahim Yusubov (92 kq), qadınlardan isə Elnurə Məmmədova (50 kq) və Nərgiz Səmədova (55 kq) cütlüyü yer alıb.
Mundialın növbəti günlərində isə sərbəst güləşçilərdən Orxan Abbasov (79 kq), Fərid Cabbarov (86 kq), Zəfər Əliyev (97 kq), Rahid Həmidli (125 kq), yunan-Roma güləşində Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Ülvi Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Azad Əliyev (82 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq), qadınlardansa Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (62 kq) xalça üzərinə çıxacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.